10 Yanvar 2020 12:57
4652
Səhiyyə
A- A+

Yaşıl çay insan ömrünü uzadır


Çin Tibb Elmləri Akademiyasının alimləri yaşıl çayın insan sağlamlığına müsbət təsir etdiyini bildiriblər.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, çinli alimlər 100 min insan arasında monitorinq apararaq, yaşıl çay istifadəçilərinin böyü əksəriyyətinin infarkt, xərçəng və iflic riskindən uzaq olduqlarını müəyyənləşdiriblər. Alimlərin 7 illik müşahidələri nəticəsində məlum olub ki, yaşıl çaydan mütəmadi istifadə edən şəxslər digərlərindən daha sağlam və uzunömürlüdürlər.

Çin alimi Donqfenq Gu bildirib ki, yaşıl çayın kişilərə müsbət təsiri qadınlarla müqayisədə daha çoxdur. O qeyd edib ki, yaşıl çay ürək-damar sistemində yarana biləcək problemlərin qarşısını alır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video