10 Yanvar 2020 00:56
1116
Təhsil
A- A+

İlahiyyat İnstitutunun tələbələri də könüllülər hərəkatına qoşulacaq


Gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini gücləndirmək, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə Prezident İlham Əliyevin sərəncamı ilə 2020-ci il Azərbaycan Respublikasında "Könüllülər ili” elan edilib.

"Könüllülər ili” ilə bağlı Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov bildirib ki, ölkəmizdə könüllülük fəaliyyəti artıq bir çox sahəyə nüfuz edərək, böyük hərəkata və ictimai həyatımızın müxtəlif sahələrinə yayılaraq gənclərimizin yaşam tərzinə çevrilib: "Əminliklə deyə bilərik ki, könüllülük hərəkatı ölkəmizin hər tərəfinə yayılaraq, cəmiyyətin bütün təbəqələrini əhatə edir. ASAN, "Regional İnkişaf” İctimai Birliyi, "Bir” Tələbə könüllüləri hərəkatlarının fəaliyyəti, o cümlədən digər qurumların tərkibində yaranan könüllü qrupları öz təşəbbüskarlıqları, müasir dünyagörüşləri ilə seçilir, ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin təşkilində əvəzsiz xidmətlər göstərirlər”.

C.Məmmədov vurğulayıb ki, İlahiyyat İnstitutu da fəaliyyətə başladığı gündən etibarən ölkədə həyata keçirilən könüllülük fəaliyyətində fəal olmağa, ölkəmizin inkişafı üçün səylə çalışmağa, yerli və beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil etməyə xüsusi əhəmiyyət verir.

İnstitutda könüllülük fəaliyyətinin sistemləşdirilməsi, könüllülük mədəniyyətinin formalaşdırılması, tələbə-könüllülərin dünyagörüşünün zənginləşdirilməsi və onların təhsildən ayrılmadan könüllü fəaliyyətə cəlb olunmaqla sosial aktivliyinin təmin edilməsi məqsədilə davamlı maarifləndirmə işi aparılır, görüşlər keçirilir: "Bu istiqamətdə baş tutan görüşlərdən biri də BMT-nin Azərbaycan üzrə Könüllülər Proqramının təmsilçisi Kiyoun Kimin "BMT-nin Könüllülər Proqramı” barədə institutumuzda olan təqdimatının keçirilməsidir.

İnstitutumuz Təhsil Nazirliyinin "Bir” Tələbə Könüllü Proqramına da qoşulub. Bu layihə gənclərin fərdi inkişafına, müxtəlif sahələrdə təcrübə qazanmasına, bilik və bacarıqlarını artırmasına, fəal tələbə həyatı yaşamalarına şərait yaradır”.

Rektor qeyd edib ki, "Könüllülər ili” çərçivəsində tələbələrin daha fəal olmasına inanır, institutda bu istiqamətdə tədbirlər və maarifləndirici görüşlərin keçirilməsini planlaşdırırlar.

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video