09 Yanvar 2020 17:12
605
DÜNYA
A- A+

ABŞ İranla danışıqlara hazırdır


İraqda iranlı general Qasım Süleymaninin öldürülməsi ilə bağlı əməliyyat keçirmiş ABŞ bildirmişdir ki, Tehranla heç bir ilkin şərt qoyulmadan dialoqa hazırdır. Bu barədə BMT-nin Təhlükəsizlik Şurasını amerikalı daimi nümayəndə Kelli Kraft məlumatlandırmışdır.

"Röyter” agentliyinin xəbərinə görə, diplomat bildirmişdir ki, zərurət yaranacağı təqdirdə ABŞ Yaxın Şərqdəki maraqlarını qorumaq üçün əlavə tədbirlər görəcək. Kraftın dediyinə görə, Süleymaninin qətli BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə aktı idi.

Eyni zamanda Dövlət Departamenti əlavə etmişdir ki, İran ötən ilin payızından bəri azı 14 dəfə İraqda amerikalı hərbçilərə hücum etmişdir.

İraq ərazisində ABŞ obyektlərinə endirdiyi zərbələri izah edən İran da 51-ci maddəyə əsaslanır. Tehran bəyan etmişdir ki, Süleymaninin ölümünə görə qisas əməliyyatı başa çatmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video