09 Yanvar 2020 15:33
543
DÜNYA
A- A+

ATƏT-in yeni sədri prioritetlərini açıqlayıb


Yanvarın 9-da ATƏT-in Vyanada yerləşən baş katibliyində təşkilatın yeni sədri, Albaniyanın Baş Naziri Edi Ramanın inauqurasiya mərasimi keçirilib.

Mərasimdə çıxış edən E.Rama ölkəsinin sədrliyi dövrü üçün hədəflərini açıqlayıb. Qeyd edib ki, Albaniya sədrliyi dövründə diqqəti ATƏT-in siyasi öhdəliklərinə yönəldəcək, münaqişə və post-münaqişə bölgələrində fəaliyyəti gücləndirməyə, Paris Xartiyasının 30 illiyi ərəfəsində dialoqu möhkəmləndirməyə çalışacaq.

Vurğulanıb ki, Albaniya 2020-ci ildə Ukraynada və digər münaqişə bölgələrində sülhün bərqərar olmasına səy göstərəcək, qadınlara qarşı zorakılıq, insan qaçaqmalçılığı, qeyri-tolerantlıq və nifrətin yayılması, korrupsiyaya qarşı mübarizə sahələrinə xüsusi diqqət ayıracaq.

Sədr çıxışında iştirakçı ölkələr arasında, eləcə də müxtəlif beynəlxalq təşkilatlarla dialoqun inkişafı, parlament diplomatiyasının genişləndirilməsi, həmçinin təşkilatdaxili məsələlərə toxunub.

Baş Nazir bildirib ki, kommunist rejimini arxada qoyan Albaniya üçün ATƏT-ə ilk dəfə sədrlik etmək ölkə tarixində mühüm əhəmiyyət daşıyan hadisədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video