09 Yanvar 2020 15:27
593
DÜNYA
A- A+

Anadolu agentliyinin 100 illiyi münasibətilə xatirə poçt markaları buraxılıb

Türkiyənin Anadolu xəbər agentliyinin yaranmasının 100 illiyi münasibətilə xatirə poçt markaları buraxılıb.

AZƏRTAC xəbər verir ki, Türkiyə Poçt və Teleqraf Təşkilatı tərəfindən çap edilən üç marka Anadolu agentliyinin qurucuları - Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürk, Halidə Ədip Adıvar və Yunus Nadi Abalıoğlunun adlarına hazırlanıb. Markaların üzərində bu tarixi şəxsiyyətlərin fotoları əks olunub.

Qeyd edək ki, qazı Mustafa Kamal Atatürkün tövsiyə və tapşırıqları ilə yaradılan Anadolu agentliyi bu il aprelin 6-da yüz yaşını qeyd edəcək. Türkiyə Böyük Millət Məclisindən 17 gün əvvəl fəaliyyətə başlayan agentlik ötən yüz ildə çətin və şərəfli yol keçərək, dünya informasiya məkanında özünə layiqli yer qazanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video