Alternative content

02:33 03 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
19:08 02.04.2020 Ana səsi, ana öyüdü
19:02 02.04.2020 Tarix heç nəyi unutmur
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hər kəsin dostu
Hər kəsin dostu
ANA SƏHİFƏ / SİYASƏT
00:48 09.01.2020


"Könüllü DOST” proqramı ölkədə ümummilli hərəkata mühüm töhfədir


Azərbaycan Prezidenti İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli sərəncamı ilə 2020-ci ilin "Könüllülər ili” elan edilməsi ölkəmizdə artıq ümummilli hərəkata və xüsusən gənclərimizin həyat tərzinə çevrilən könüllülük fəaliyyətinin daha geniş miqyas almasına təkan verir.

Dövlət başçısının 9 avqust 2018-ci il tarixli fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) də dövlət sosial xidmətlərində vətəndaş məmnuniyyətinə doğru keyfiyyətcə yeni mərhələ açmaqla yanaşı, "Könüllü DOST” proqramı ilə ölkədə bu hərəkatın güclənməsində mühüm rol oynamaqdadır.

2019-cu ilin may ayında DOST Agentliyinin və 1 saylı DOST mərkəzinin açılışı zamanı dövlət başçısı çıxışında bildirmişdir: "Bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində öz əksini tapır - islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək”.


DOST - "bir pəncərə”dən göstərilən tam şəffaf və operativ xidmətlər


Öncədən qeyd edək ki, DOST layihəsi dövlət sosial xidmətlərinin innovativ təqdimat üzərindən, vahid platformadan, "bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və sadə prosedurlar əsasında göstərilməsinə xidmət edir. 2019-cu ilin may ayında fəaliyyətə başlayan 1 saylı DOST mərkəzində gün ərzində təxminən 400-450 nəfər vətəndaş müraciəti qeydə alınır. Burada vətəndaşlara "bir pəncərə” prinsipi ilə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində 132 növdə xidmət göstərilir. Bakının Yasamal və Səbail rayonlarının əhalisinə xidmət göstərən bu mərkəzdən artıq 65 min nəfərədək ölkə vətəndaşı faydalanıb. Daha diqqətçəkən məqam isə ondan ibarətdir ki, DOST xidmətlərindən məmnunluq səviyyəsi 95 faiz üzərindədir.

Ötən il dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakının Xəzər rayonunda 2 saylı DOST mərkəzinin açılışı olub. Bu DOST mərkəzi də gün ərzində 250-300 vətəndaşı qəbul etmək imkanına malikdir. Bakının Xəzər və Pirallahı rayonlarının əhalisi üçün nəzərdə tutulan bu mərkəz il ərzində 70 mindən artıq vətəndaşa xidmət edəcək. Burada da "Pensiya və sosial sığorta”, "Sosial müavinətlər və təqaüdlər”, "Əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat”, "Sosial xidmətlər və övladlığa götürmə məsələləri”, həmçinin "Əmək münasibətləri”, "Məşğulluq xidmətləri”, "Sosial-hüquqi, sosial-pedaqoji, sosial-psixoloji, sosial-məişət xidmətləri”, "Bank və notarius xidmətləri” də var.

Beləliklə, bu mərkəz də vətəndaşların nazirlik üzrə bütün xidmətlərdən "bir pəncərə”yə müraciət edib və "bir pəncərə”dən faydalanmasına imkan verir.

Xatırladaq ki, hər iki DOST mərkəzində "Könüllü DOST” proqramı üzrə könüllülər fəaliyyət göstərir. Ümumilikdə iki mərkəzdə 80 nəfər könüllü müraciət edən vətəndaşlara öz töhfəsini verir.


DOST könüllüləri işlərini bacarıqla və böyük həvəslə yerinə yetirirlər


1 saylı DOST mərkəzinə daxil olduqda ilk növbədə diqqəti çəkən məqam vətəndaşlara operativ və keyfiyyətli xidmət üçün səfərbər olmuş DOST könüllülərinin fəaliyyətidir. Könüllülər burada vətəndaşların qarşılanması və xidmət pəncərələrinə yönləndirilməsi, insan axınının, növbələrin idarə edilməsi, vətəndaşların məlumatlandırılması, elektron sistemlərdən istifadə, xidmət üzrə sənədlərin siyahısı ilə tanış edilməsi, müxtəlif anket, forma və s. doldurulmasında köməklik, əlillərə xüsusi diqqət və qayğı göstərilməsi, rəy sorğularının keçirilməsi və digər işləri bacarıqla və həm də böyük həvəslə yerinə yetirirlər. Ümumi işin təşkilində, vətəndaşların gülərüz qarşılanması və yola salınmasında onların əməyi böyükdür.

Burada fəaliyyət göstərən könüllülərin əksəriyyəti əsasən tələbələrdən ibarətdir. Onlar növbəlilik əsasında gün ərzində 3 saat xidmət göstərir, iki ayın yekununda isə məzun olurlar. Bundan sonra mərkəzə yeni könüllülərin seçimi başlayır.


"DOST ailəsinə qoşulduqdan sonra çox şey əldə etdim...”


DOST mərkəzində ilk həmsöhbətimiz "Gənc DOST” altproqramı çərçivəsində burada könüllü kimi çalışan Aydan Cəfərova oldu. Həmsöhbətimiz DOST ailəsinə qoşulduqdan sonra çox şey əldə etdiyini deyir: "Tələbə olaraq şəxsi bacarıqlarımı inkişaf etdirmək üçün könüllü proqramlarına qoşulmaq istəyirdim. Bu istiqamətdə araşdırma apararkən "Könüllü DOST” proqramına rast gəldim. İqtisadiyyat üzrə təhsil alıram. İqtisadiyyatın cəmiyyətin sosial rifahının artırılması ilə bağlı bir elm olduğunu nəzərə alıb, bu ünvana müraciət etməyimin məqsədəuyğun olacağını düşündüm. Elektron müraciət göndərdim, sonra müsahibədə iştirak edərək könüllü oldum...”

A.Cəfərova deyir ki, bu mərkəzdə intensiv bir iş rejimində işləyirlər: "Fikrimcə, könüllü olmağın bizə verdiyi ən önəmli üstünlük kommunikasiya qabiliyyətimizin yüksəlməsidir. Çünki hər gün vətəndaşlarla ünsiyyətdə oluruq. Əlbəttə, bu da bizim gələcək karyeramız üçün çox önəmlidir. Biz vətəndaşlara növbə çeki təqdim edirik. Bundan sonra onları qeydiyyatdan keçdikləri növbələrə uyğun yönləndirmək, mərkəzin xidmətindən məmnunluğuna dair sorğu keçirmək və s. vəzifələri icra edirik. Xidmət fəaliyyətimiz yalnız bunlardan ibarət deyil. Vətəndaşların ərizələrinin yazılmasında da onlara köməklik göstəririk. Məqsədimiz operativ xidmət göstərib, onların məmnunluğuna nail olmaqdır”.


"Sosial iş ixtisası üzrə nəzəri biliklərimi DOST mərkəzində praktiki olaraq tətbiq etdim...”


Vətəndaşlara yardım göstərərək onların məmnunluğuna nail olmağa çalışan gənc könüllülərdən biri Həlimət Rizvanlı artıq 1 saylı DOST mərkəzində təcrübəçi kimi fəaliyyətini davam etdirir. O, DOST-un ilk könüllülərindən biri olub. İxtisası sosial işlə bağlı olduğundan burada könüllü kimi fəaliyyəti onun üçün çox vacib idi. Həlimət ali məktəbdə qazandığı nəzəri bilikləri DOST mərkəzində praktiki yönümdən tətbiq edir: "Mənim könüllülük fəaliyyətim "Master 2” ilə başladı. DOST mərkəzinə müraciət edən vətəndaşların əksəriyyəti sosial cəhətdən həssas, o cümlədən ahıl insanlar, fiziki məhdudiyyətli şəxslər olduğundan onlara xüsusi diqqətlə yanaşmaq lazımdır. Mən də daim bu prinsiplə işlədim. Agentlik tərəfindən bizim üçün davamlı şəkildə təlimlər təşkil olunur, müəyyən tədbirlər keçirilirdi. Qısa müddət ərzində sosial sahə ilə bağlı kifayət qədər bilik əldə etdim. İndi isə burada təcrübəçi kimi işləyirəm. Lakin uğurumun əsası, ilk növbədə, burada könüllü kimi fəaliyyətim oldu. Həqiqətən könüllülük özünü təsdiq etməyə, uğura, karyeraya yol açır”.


"Gümüşü DOST”lar da gənc könüllülərdən geri qalmırlar...


DOST mərkəzində gənclərlə yanaşı, pensiya yaşında olan könüllülər də fəaliyyət göstərirlər. Onlar əsasən qeydiyyat bölməsində vətəndaşları maraqlandıran sualları cavablandırır, onları lazımi istiqamətə yönləndirirlər. DOST Agentliyinin könüllülərlə iş şöbəsinin müdiri Ruslan Mirzəliyev qeyd edir ki, pensiya yaşında olan könüllülər "Gümüşü DOST” altproqramı çərçivəsində fəaliyyət göstərirlər. Onun sözlərinə görə, "Gənc DOST” altproqramı ilə yanaşı, "Gümüşü DOST”a da kifayət qədər maraq var. "Gümüşü DOST”lar da gənc könüllülərdən geri qalmırlar.

R.Mirzəliyev vurğulayır ki, "Könüllü DOST” DOST mərkəzlərində fəaliyyət göstərəcək könüllüləri birləşdirən bir proqramdır: "Biz bu proqram çərçivəsində fərqli layihələr həyata keçiririk. Məsələn, 15-29 yaşlı gənclər üçün "Gənc DOST” altproqramı mövcuddur. Bundan əlavə, "Gümüşü DOST” altproqramı çərçivəsində ahıl insanlar da könüllü kimi DOST mərkəzinə cəlb ediliblər”.


Ölkədə ilk dəfə olmaqla "Virtual DOSTaltproqramı işə salınıb


Öyrənirik ki, "Virtual DOST” altproqramı peşəkar mütəxəssislər, ictimai xadimlər, habelə əlilliyi olan şəxslər üçün kompüter, planşet və ya smartfondan istifadə etməklə, ofis və evlərindən könüllü kimi fəaliyyət göstərmək imkanını yaratmaq məqsədi daşıyır: "Bu altproqram çərçivəsində təhsil, təlim, tədqiqat, PR, konsaltinq və s. sahələr üzrə verilən tapşırıqlar onlayn qaydada könüllülər tərəfindən yerinə yetirilir”.

Hazırda 1 və 2 saylı DOST mərkəzlərində çalışan 80 könüllünün 5 nəfəri "Gümüşü DOST” altproqramı əsasında komandaya qoşulan 60-75 yaşlı təqaüdçülərdir. Mərkəzdə çalışan könüllüdən 8-i isə fiziki məhdudiyyətli şəxslərdir. Burada onların könüllü kimi rahat fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılıb. Gənclər könüllülük fəaliyyəti ilə həm iş təcrübələrini artırır, həm də əhalinin xüsusi həssas təbəqəsi ilə işləmək bacarığı əldə edirlər.


"Könüllü DOST”un məzunlarından 17-si artıq DOST mərkəzinin əməkdaşıdır


1 saylı DOST mərkəzində fəaliyyət göstərən könüllülərin əksəriyyəti ali məktəbi sosial işçi ixtisası üzrə bitirənlərdir. Həmin könüllülərə əldə etdikləri bilikləri təcrübədə tətbiq etməyə imkan verilib. Hazırda "Könüllü DOST”un 167 nəfər məzunu var və onlardan 17-si artıq DOST mərkəzinin əməkdaşı kimi fəaliyyətini davam etdirir. Bu tendensiyanın gələcəkdə də davam etdirilməsi vacib bilinir.

Fəaliyyəti müddətində seçilən könüllülərə agentlik tərəfindən müxtəlif vəzifələr təklif olunur. Agentliyin qiymətləndirmə mexanizmi də formalaşıb. Yəni könüllülərin gündəlik fəaliyyətləri qiymətləndirilir. Sonda isə hər dəfə məzun olan könüllüləri 3 komandaya bölməklə, onlara qrup layihəsi təqdim etmək imkanı verilir. Bu layihələr pensiya, əlillik və ya ekoloji sahələri əhatə edə bilər. Onlar öz layihələrini hazırlayıb təqdim edirlər. Çünki bu layihələr onların gələcək qiymətləndirilməsinə böyük təsir göstərir. Bununla bağlı agentliyin 3 səviyyə üzrə sertifikatlarının verilməsi də nəzərdə tutulub.


DOST mərkəzində könüllü olmaq istəyənlər çoxdur


DOST mərkəzində könüllü kimi çalışmaq üçün müraciət edənlər gündən-günə artmaqdadır. Bütün müraciətlər diqqətlə analiz edilir, hətta könüllü kimi təcrübəsi olmayanlara, müxtəlif ixtisaslarda təhsil alanlara da şans verilir. 6585 nəfər yalnız "Gənc DOST” altproqramı çərçivəsində bu proqrama müraciət edib. Yeni DOST mərkəzləri açıldıqca daha çox gənc bu layihəyə cəlb olunacaq.

Hazırkı vəziyyət nəzərə alınmaqla, müxtəlif vasitələrdən istifadə edilərək ilkin seçim aparılır. Seçim prosesində elektron müraciət formasında bir xana var: gənclər 2-3 cümlə ilə orada nə üçün könüllü olduqlarını izah etməlidirlər. Əsas diqqət yetirilən məqam da elə məhz bu 2-3 cümləlik fikirdir. Yəni bir şəxsin könüllü olmaq üçün hansı motivasiyası var?! Könüllü seçilənlər əsasən sosial sahə üzrə təhsil alan tələbə və məzunlar, könüllü təcrübəsi olan gənclər olsa da, ümumilikdə DOST Agentliyi hər kəsə bu şansı verməyə çalışır. Pensiyaçılara isə elektron müraciətlə bərabər, birbaşa DOST mərkəzinə yaxınlaşıb müvafiq formanı doldurub "Gümüşü könüllü”lük üçün müraciət etmək imkanı yaradılıb.


"Könüllü DOST” təşkilatının yaradılması planlaşdırılıb


"Könüllü DOST” proqramı çərçivəsində nəzərdə tutulan layihələrdən də söz açmaq yerinə düşər. DOST Agentliyindən bildirdilər ki, könüllülər üçün müxtəlif sahələr üzrə təlimlərin keçirilməsi də planlaşdırılır. Yeni açılan DOST mərkəzləri müxtəlif kateqoriyalara bölünəcəklər. Hər kateqoriyaya uyğun olaraq orada fəaliyyət göstərəcək könüllülərin sayı artıq məlumdur. Hər bir mərkəz üzrə könüllüləri idarə etmək üçün bir məsul şəxs müəyyənləşdiriləcək. O, həmin mərkəzə könüllülərin cəlb olunmasında müsahibələrin keçirilməsi və qiymətləndirilməsində iştirak edəcək.

"Gənc DOST” təşkilatının yaradılması da planlaşdırılan və nəzərdə tutulan məsələlərdəndir. "Gənc DOST” təşkilatı çərçivəsində könüllülərin daha uzun müddətə fəaliyyət göstərməsinə səy göstəriləcək. "Könüllü DOST” proqramının gənclər üçün əhəmiyyəti işgüzar vərdişlər əldə etmək, fərdi inkişaf, asudə vaxtın səmərəli keçirilməsi, yeni dostlar və karyera yolunda ilk uğurlu addımların təməli baxımından faydalıdır. Proqram dövlətçilik və vətənpərvərlik, ictimai-sosial məsuliyyətlilik, birlik və əməkdaşlıq, eləcə də qayğıkeşlik və yardımsevərlik prinsiplərini özündə ehtiva edir.

2019-2025-ci illər üzrə "DOST regional proqramı”na əsasən, Bakıda və respublikanın regionlarında 31 DOST mərkəzinin açılması nəzərdə tutulub. Təbii ki, DOST mərkəzləri şəbəkəsi genişləndikcə onların ölkədə könüllülük hərəkatına töhfələri də artacaq.

Məhəmməd NƏRİMANOĞLU,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM