09 Yanvar 2020 00:37
966
MSK
A- A+

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 6 yanvar 2020-ci il tarixli 9 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı


Qərar № 6/36


2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Məmmədov Taleh Sakit oğlu 6 yanvar 2020-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) teleqramla müraciət edərək deputatlığa namizədliyinin qeydə alınmasından imtinaya dair 44 saylı Sumqayıt-Xızı seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 2 yanvar 2020-ci il tarixli 2/4 saylı qərarını mübahisələndirmiş, qərarın ləğv edilərək namizədliyinin qeydə alınmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Araşdırma ilə əlaqədar ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun iclasda iştirakı təmin olunmuşdur.

T.S.Məmmədovun müraciəti ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər tələb edilərək alınıb araşdırılmışdır. Müəyyən edilmişdir ki, dairə seçki komissiyası namizədliyin qeydə alınmasından imtina edilməsi barədə 2 yanvar 2020-ci il tarixli 2/4 saylı qərarını onunla əsaslandırmışdır ki, T.S.Məmmədov tərəfindən namizədliyin qeydə alınması üçün təqdim edilmiş 500 imzadan 114 imza, o cümlədən 70 imza oxşarlığa görə işçi qrupu üzvünün rəyi əsasında etibarsız hesab edildiyindən və həmin imzalar çıxıldıqdan sonra yerdə qalan imzalar Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən namizədliyin qeydə alınması üçün kifayət etmədiyindən Seçki Məcəlləsinin 60.2.4-cü maddəsinə əsasən onun namizədliyinin qeydə alınmasından imtina edilmişdir.

Araşdırma prosesində T.S.Məmmədov tərəfindən namizədliyin qeydə alınması üçün təqdim edilmiş imza vərəqələri yoxlanılması üçün Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış işçi qrupuna təqdim edilmiş və imza vərəqələrindəki imzalarla bağlı məlumatların düzgünlüyünün yoxlanılması barədə işçi qrupunun 7 yanvar 2020-ci il tarixli protokoluna əsasən yoxlanılmış 500 imzadan 16 imza etibarsız, 484 imza isə etibarlı hesab edilmişdir. Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən etibarlı hesab edilən imzaların sayı T.S.Məmmədovun namizədliyinin qeydə alınması üçün hüquqi əsas yaratmışdır.

Beləliklə namizəd T.S.Məmmədovun müraciətinin təmin edilməsi, dairə seçki komissiyasının mübahisələndirilən qərarının ləğv edilərək namizədliyin qeydə alınması üçün hüquqi əsasların mövcud olması müəyyən edilmişdir.

Göstərilənlərə əsasən şikayət təmin olunmalı, dairə seçki komissiyasının 2 yanvar 2020-ci il tarixli 2/4 saylı qərarı ləğv olunmalı və həmin seçki dairəsindən T.S.Məmmədovun namizədliyi qeydə alınmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 60-cı, 147.1-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 44 saylı Sumqayıt - Xızı seçki dairəsindən namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Məmmədov Taleh Sakit oğlunun 6 yanvar 2020-ci il tarixli 9 saylı müraciəti təmin edilsin, dairə seçki komissiyasının 2 yanvar 2020-ci il tarixli 2/4 saylı qərarı ləğv edilsin.

2. Namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Məmmədov Taleh Sakit oğlunun 44 saylı Sumqayıt - Xızı seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

08.01.2020-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video