Alternative content

08:32 23 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 13 səfər, 22 yeni obyektin açılışı
13 səfər, 22 yeni obyektin açılışı
ANA SƏHİFƏ / SİYASƏT
02:44 08.01.2020


Regionların sosial-iqtisadi inkişafı 2019-cu ildə də Prezident İlham Əliyevin fəaliyyətinin prioritetlərindən olub


Yola saldığımız 2019-cu il ölkəmizin tarixində dərin islahatlar ili, həm də bölgələrin sosial-iqtisadi inkişafında uğurlu illərdən biri kimi yadda qaldı. Həyata keçirilən mütərəqqi islahatlar dövlətin gücünü və potensialını artırdı. İqtisadi göstəricilərə nəzər yetirdikdə görərik ki, ötən il iqtisadiyyatın qeyri-neft sektoru 3 faizdən çox artıb. Dövlətin xarici borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Ölkənin valyuta ehtiyatları bu il 4,5 milyard dollar artaraq rekord həddə - 50 milyard dollara çatıb. Sənaye istehsalı, xüsusilə də qeyri-neft sektorunda sənaye artımı 14 faiz təşkil edib. Kənd təsərrüfatında isə 7 faiz artım var. Yəni bütün əsas istiqamətlər üzrə ölkəmizin uğurlu inkişafı real göstəricilərlə təsdiqlənir.


Prezident qayğısı, səmimi görüşlər, problemlərin həlli, tapşırıq və tövsiyələr


Ümumiyyətlə, son 16 illik yola nəzər salsaq görərik ki, Prezident İlham Əliyevin bölgələrə çoxsaylı səfərləri və vətəndaşlarla söhbətləri bu sahədə çox gözəl bir ənənə yaradıb. Dövlət başçısı mütəmadi olaraq regionlara səfər edir, vətəndaşlarla səmimi görüşlər keçirir, onların problemləri ilə maraqlanır və yeni-yeni müəssisələrin, sosial iaşə obyektlərinin açılışında iştirak edib xeyir-duasını, tövsiyələrini verir.

Keçirilən səmimi görüşlərdə Prezident hər kəsi dinləyir, vətəndaşların məktublarını alır və tapşırıqlarını verir. Vətəndaşların təklifləri mütləq nəzərə alınır və bölgələrdə bir çox layihələr məhz onların təklifləri əsasında reallaşır.

Hər il olduğu kimi, 2019-cu ildə də cənab İlham Əliyev regionlara səfərlər edərək verdiyi tapşırıqların icrası ilə maraqlanıb, görülən işlərlə yerində tanış olub, müxtəlif sosial infrastrukturların açılışını edib və əhali ilə görüşərək səmimi söhbətlər edib.

Statistik göstəricilərə nəzər yetirsək görərik ki, ötən il Prezident 5 iqtisadi rayon üzrə 8 şəhər və rayona 13 dəfə səfər edib:

Abşeron iqtisadi rayonu üzrə - Sumqayıt (4 dəfə - 16 yanvar, 18 fevral, 21 noyabr, 26 dekabr);

Aran iqtisadi rayonu üzrə - Beyləqan (13 fevral); Ağdaş (28 oktyabr);

Şəki-Zaqatala iqtisadi rayonu üzrə - Qəbələ (28 oktyabr);

Dağlıq Şirvan iqtisadi rayonu üzrə - Ağsu (6 mart), Şamaxı (3 dəfə - 7 fevral, 7 mart, 5 dekabr) və Qobustan (7 may);

Quba-Xaçmaz iqtisadi rayonu üzrə - Qusar (27 dekabr).


Açılan müəssisələr, yeni iş yerləri, sosial problemlərin həlli


Ölkədə innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin, həmçinin qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin məşğulluğunu artırmaq məqsədilə nəhəng sənaye parkları və məhəllələri, zavod və fabriklərin yaradılması prosesi uğurla davam etdirilir.

Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması baxımından bu cür sənaye parklarının və məhəllələrinin müstəsna əhəmiyyəti var.

Ötən il bölgələrə səfərləri zamanı Prezident 22 mühüm sosial-iqtisadi və müxtəlif iaşə obyektlərinin, reallaşan içməli su və kanalizasiya layihələrinin, yol infrastrukturu obyektlərinin açılışını edib:

Sumqayıt - "SOCAR karbamid” və "SOCAR Polymer”in yüksəksıxlıqlı polietilen zavodu; Muğam Mərkəzi, "Nizami” kinoteatrının yeni binası.

Şamaxı - Şəhriyar qəsəbəsində yeni inşa olunmuş 4 saylı körpələr evi-uşaq bağçası; sayca 16-cı "ASAN Həyat” kompleksi; Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən 101-117-ci kilometrlik hissəsi.

Beyləqan - Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, "Beyləqan-1” elektrik yarımstansiyası, "N” saylı hərbi hissəsi.

Ağdaş - Biyan Sənaye Parkı, elektrik yarımstansiyası, "Şəbəkə” Xidmət Mərkəzi, şəhərin içməli su təchizatı və kanalizasiya sistemləri layihəsi, yenidən qurulan Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolu.

Qobustan - Mərkəzi Xəstəxana, "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan filialı və "Azərxalça” ASC-nin Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsi.

Qəbələ - "Azərxalça” ASC-nin Qəbələ regional filialı, Qəbələ şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri layihəsi; Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolu.

Şamaxı, Ağsu və İsmayıllı rayonları üzrə zəlzələdən zərər, çəkənlərə 580 fərdi yaşayış evi tikilib təhvil verildi. Bundan başqa Şamaxıda 4 mərtəbəli 44 mənzilli, 5 mərtəbəli 20 mənzilli və 5 mərtəbəli 110 mənzilli yaşayış binaları tikildi.


Hər zaman vətəndaşın yanında


İlin əvvəlində respublikanın şimal bölgəsində baş verən zəlzələ bir qədər üzücü xəbər olsa da, təbii fəlakətin fəsadlarının aradan qaldırılması ilə bağlı Ağsu, Şamaxı və İsmayıllıda qısa zamanda görülən işlər hər kəsdə sevinc-qürur hissi yaratdı.

Prezident İlham Əliyevin zəlzələdən dərhal sonra bölgəyə səfəri, çarəsiz durumda qalan sakinlərin yanında olub təskinlik verməsi tək onları deyil, bütün ölkə əhalisini sevindirdi. Hər kəs bir daha əmin oldu ki, verdiyi vədlərə sadiqliyi ilə hər zaman xalqın sevimli liderinə çevrilən cənab İlham Əliyev xoş gündə olduğu kimi, dar gündə də vətəndaşın yanındadır. Bu, dövlət başçısının prinsipial iş tərzidir.

Fevralın 5-6-da şimal bölgəsində baş verən təbii fəlakət Şamaxı, Ağsu və İsmayıllı rayonlarına ciddi ziyan vurdu. Ölkə rəhbəri zəlzələnin fəsadlarının qısa bir zamanda aradan qaldırılması ilə bağlı sərəncam imzaladı və bir gün sonra, fevralın 7-də Şamaxıya səfər edərək evi qəzalı duruma düşən insanlara böyük təsəlli verdi.

Dövlət başçısı həmin səfərində Saray nənənin dağılmış evinə baş çəkib ağbirçək ana ilə söhbətləşdi və söz verdi ki, bir aya ona əvvəlkindən də möhtəşəm ev tikiləcək. Hər zaman verdiyi vədlərə əməl etdiyini təsdiqləyən dövlət başçısı bir ay sonra, mart ayında yenidən Şamaxı və Ağsuya gələrək bir neçə rayon sakininin yeni mənzilinə baş çəkdi. Saray nənə ilə yeni mənzilində görüşdü və hal-əhvalı ilə maraqlandı.

Prezident zəlzələdən zərər çəkən sakinlər üçün hündürmərtəbəli binaların tikilməsi ilə bağlı sərəncam imzaladı.

Ağsuda vətəndaşların şikayətlərini dinləyən cənab İlham Əliyev qəbul etdiyi bütün məktubların diqqətlə nəzərdən keçiriləcəyini söylədi. Bu proseslər dövlət başçısının bir daha dar gündə xalqın yanında olduğunu, onun problemlərinin həlli üçün daim çalışdığını təsdiqlədi.

Dekabrın 5-də 3-cü dəfə Şamaxıya səfər edən Prezident zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə tanış oldu.

Hər səfərində əhali ilə səmimi görüşlər keçirən, insanları səbir və təmkinlə dinləyən, şəkil çəkdirən dövlət başçısı Beyləqan səfərində vətəndaşlarla birgə "Azərbaycanım” mahnısını da ifa etdi.

Sumqayıta səfəri zamanı Dənizkənarı parkda cənab İlham Əliyevin vətəndaşlarla bir yerdə olması, onlara arxalanması, xalqın arzu və təkliflərinə, istəklərinə vaxtında cavab verməsi hər kəsi bir daha qürurlandırdı.

Bütün bunlar bir daha təsdiqləyir ki, vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və həssaslıqla onların problemlərini dinləyən və dərhal həlli üçün qəti tapşırıqlar verən Prezident İlham Əliyevin bu addımları ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir, xalqın Prezidentinə olan inamını, etimadını daha da artırır. Çünki hər kəs şahiddir ki, Azərbaycan Prezidentinin fəaliyyəti xalqa və dövlətə layiqli xidmət prinsipi üzərində qurulub.


Bölgələrin inkişafı - rekord turist axını


Respublikamızın bölgələrinə səfərləri çərçivəsində cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir sıra tədbirlərdə də iştirak ediblər. Şamaxıya səfəri zamanı onlar Azərbaycanın filosof şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə mütəfəkkirin anadan olduğu bu rayonda keçirilən ağacəkmə aksiyasına qatılıblar. Eyni zamanda Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar.

Sumqayıta səfəri çərçivəsində cənab Prezident şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edərək müasir Sumqayıtın sürətli inkişafı, şəhərdə həyata keçirilən möhtəşəm layihələr, açılan yeni iş yerləri, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb və qarşıdakı layihələr barədə geniş məlumat verib.

Prezident, həmçinin Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə tanış olub. Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsindən başlayaraq inşası ölkəmizdə yol infrastrukturunun müasir səviyyəyə çatdırılması istiqamətində icra olunan işlərin davamlı xarakter aldığını göstərir. "Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi”nin tərkib hissəsi olan bu yolun inşası sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərinin daha da yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, "Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi” ilə yük və sərnişin daşımalarında əsas rol oynayacaq. Həmçinin yük həcminin çoxalmasına və gəlirlərin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, ümumilikdə respublikamızın iqtisadi inkişafına töhfə verəcək.

"Şahdağ” Turizm Mərkəzində görülən işlər də diqqəti çəkir. Dekabrın 27-də dövlət başçısı, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva bu mərkəzə baş çəkərək yeniliklərlə maraqlanıblar. Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə yerləşən "Şahdağ” Turizm Mərkəzinin təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən olan "Şahdağ” Turizm Mərkəzi oxşar istirahət məkanlarından bənzərsizliyi ilə fərqlənir və ilboyu fəaliyyət göstərmək iqtidarındadır. Bu layihənin reallaşdırılması Azərbaycanda dağ-xizək və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açır.

Onu da xüsusi olaraq vurğulayaq ki, ötən il Azərbaycanda turizm sahəsində rekord il olub. Aparılan böyük mötəbər tədbirlərin nəticəsində ötən il tarixdə ilk dəfə olaraq 3 milyondan artıq turist Azərbaycana səfər edib.


IV Dövlət Proqramı və regionların dəyişən siması


Artıq uzun müddətdir ki, Azərbaycanın iqtisadi inkişaf mərkəzi paytaxt Bakıdan regionlara keçib. Genişmiqyaslı dövlət proqramlarının həyata keçirilməsi regionlarda istehsal və sosial infrastruktur obyektlərinin yaranması, yeni iş yerlərinin açılması ilə nəticələnib.

Ümumiyyətlə, son 16 il ərzində regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində əldə edilmiş nailiyyətlərə nəzər yetirdikdə görürük ki, həqiqətən Azərbaycan tarixi uğurlara imza atıb. Hazırda ölkədə regionların sosial-iqtisadi inkişafına dair IV Dövlət Proqramı icra olunmaqdadır. Dövlət proqramında kənd təsərrüfatı və sənaye istehsalı xüsusi yer tutur. Çünki həyata keçirilən infrastruktur layihələrinin böyük hissəsi başa çatdığı üçün iqtisadiyyatın real sektoru kənd təsərrüfatı, sənaye potensialının gücləndirilməsi əsas məsələlərdən biridir.

Bununla yanaşı, kənd təsərrüfatının subsidiyalaşdırılması və vergilərdən azad olunması, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, lizinq xidmətlərinin təşkili, investisiyaların və ixracın təşviqi, lisenziyalaşdırmanın təkmilləşdirilməsi, yoxlamaların dayandırılması müddətinin 2021-ci il yanvarın 1-dək uzadılması bu sahəyə necə diqqət göstərildiyini bir daha təsdiqləyir.

İlkin hesablamalara görə, "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası üçün ən azı 17 milyard manatdan çox vəsait nəzərdə tutulur. Bunun 4,6 milyard manatı özəl sektor tərəfindən indi icra edilən və hazırlığı gedən layihələrə investisiya şəklində qoyulacaq. Dövlət tərəfindən təxminən 13 milyard manata yaxın kapital qoyuluşu gözlənilir.

Regionların inkişafını özündə ehtiva edən proqramların vaxtında və yüksək səviyyədə icra olunması Azərbaycanın ümumi iqtisadi gücünü artırmaqla yanaşı, istehsal müəssisələrinin fəaliyyətinin bərpasına, yeni istehsal sahələrinin yaradılmasına, yerli resurslardan istifadənin səmərəsinin artırılmasına, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılmasına, aqrar sektorda islahatların sürətləndirilməsinə yol açıb. Bölgələrdə aqrar sektorun inkişafına töhfə verəcək çoxlu sayda yeni müəssisələr fəaliyyətə başlayıb.

Bir sözlə, uğurla icra edilən dövlət proqramları ölkəmizin inkişafında mühüm rola malik olmaqla yanaşı, vətəndaşlarımızın sosial rifahının yüksəlişində də əsaslı yer tutur. Hər kəsə məlumdur ki, həyata keçirilən dövlət proqramları regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin açılmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayır.

Əminliklə deyə bilərik ki, bu il də Azərbaycanın hər bir şəhərində, rayonunda, qəsəbə və kəndində quruculuq-abadlıq işləri davam edəcək. Yeni qəbul olunan dövlət proqramına uyğun regionların daha da inkişafı istiqamətində mühüm işlər görüləcək ki, bu da bölgələrin yüksəlişinə səbəb olacaq.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM