08 Yanvar 2020 02:34
800
MSK
A- A+

2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 4 yanvar 2020-ci il tarixli 56 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı


Qərar № 5/30


2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 62 saylı Saatlı seçki dairəsindən Saatlı bələdiyyəsi üzrə qeydə alınmış namizəd Nəzərli Təzəgül Rza qızı 4 yanvar 2020-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) müraciət edərək dairə seçki komissiyasının 27 dekabr 2019-cu il tarixli 39/93 saylı qərarını mübahisələndirmiş və bununla müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Namizəd müraciətində göstərmişdir ki, səsvermə günü ona verilmiş səslər gizlədilmiş və buna görə də 25 dekabr və 26 dekabr 2019-cu il tarixlərində 62 saylı Saatlı seçki dairəsinin dairə seçki komissiyasına ərizə vermiş, komissiya isə həmin müraciətlərə 27 dekabr 2019-cu il tarixdə baxmış, müraciətlərin təmin edilməməsi barədə qərar qəbul etmişdir.

Araşdırma prosesində T.R.Nəzərli ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək və digər hüquqlarının olması izah edilmiş, ona iclasın vaxtı barədə məlumat verilmişdir.

Dairə seçki komissiyası mübahisələndirilən qərarını onunla əsaslandırmışdır ki, qeydə alınmış namizəd T.R.Nəzərli Saatlı bələdiyyəsinin ərazisində mövcud olan 10 seçki məntəqəsi üzrə səsvermənin nəticələri ilə razılaşmamış, topladığı səslərin onu qane etmədiyini bildirmiş, bu səbəbdən səslərin yenidən sayılmasını tələb etmiş, iddia etdiyi qanun pozuntuları ilə bağlı dairə seçki komissiyasına hər hansı bir fakt təqdim etməmiş, səsvermə və ondan sonrakı gün həmin seçki məntəqələrindən səsvermə prosesi və nəticələrin rəsmiləşdirilməsi ilə bağlı iddia olunan qanun pozuntusu barədə ərizəçi və digər şəxslər tərəfindən komissiyaya yazılı və ya şifahi şikayət daxil olmamış, Saatlı bələdiyyəsi üzrə bütün seçki məntəqələrində səsvermə yüksək seçici fəallığı ilə keçmiş, 3 seçki məntəqəsində olan veb-kamera vasitəsi ilə aparılmış müşahidələr zamanı hər hansı bir pozuntu qeydə alınmamış, məntəqə seçki komissiyaları tərəfindən səsvermənin nəticələrinə dair protokollar Seçki Məcəlləsinin tələblərinə uyğun tərtib olunmuş və qanunla müəyyən edilmiş müddətdə və qaydada dairə seçki komissiyasına çatdırılmışdır.

Araşdırma zamanı müəyyən edilmişdir ki, qeydə alınmış namizəd T.R.Nəzərli keçirilmiş bələdiyyə seçkilərində öz maraqlarını müdafiə etmək və digər seçki hərəkətlərini həyata keçirmək üçün səlahiyyətli nümayəndə, müşahidəçi və vəkil edilmiş şəxs təyin etməmiş, seçki məntəqələrində iddia edilən pozuntuları namizədin özü və ya onun maraqlarını təmsil edən subyektlər tərəfindən müşahidə edilməmişdir. Bu hal isə namizədin iddialarının hüquqi əsaslığını aradan qaldırır. Həmin seçki dairəsi üzrə 1, 2, 3, 4, 5, 6, 7, 8, 37 və 38 saylı seçki məntəqələri məntəqə seçki komissiyasının sədrləri tərəfindən təqdim edilmiş izahatlarından görünür ki, T.R.Nəzərli səsvermə günü həmin seçki məntəqələrində səsvermə başlanandan başa çatanadək və səsvermənin nəticələrinin rəsmiləşdirilməsi prosesində seçki məntəqələrində olmamış, həmin gün saat 16:00 radələrində 6 saylı seçki məntəqəsinə səs vermək üçün gəlmiş, səs verdikdən sonra isə məntəqəni tərk etmiş, heç bir seçki məntəqəsi üzrə səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının pratokolunu tələb etməmişdir.

Qeyd edilənlərə əsasən müəyyən edilmişdir ki, T.R.Nəzərlinin müraciətində güman edilən pozuntunun dəlilləri, o cümlədən pozuntunun nədən ibarət olduğunun izahı belə verilməmişdir.

Göstərilənlərə əsasən şikayətin təmin edilməsi və dairə seçki komissiyasının 27 dekabr 2019-cu il tarixli 39/93 saylı qərarının ləğv olunması üçün hüquqi əsaslar müəyyən edilmədiyindən müraciət əsassız hesab olunaraq təmin edilməməli, dairə seçki komissiyasının həmin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6, 7 və 8-ci hissələrinə əsasən qərara alır:

1. 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 62 saylı Saatlı seçki dairəsindən Saatlı bələdiyyəsi üzrə qeydə alınmış namizəd Nəzərli Təzəgül Rza qızının 4 yanvar 2020-ci il tarixli 56 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 27 dekabr 2019-cu il tarixli 39/93 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

07.01.2020

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video