07 Yanvar 2020 16:57
568
DÜNYA
A- A+

Rusiyada anomal hava şəraiti yaranıb


Rusiya Hidrometeorologiya Mərkəzi bütün ölkə ərazisində hava anomaliyası barədə xəbərdarlıq edib. Belə ki, hətta Sibirdə havanın hərarəti orta səviyyədən 20 dərəcə yüksəkdir.

AZƏRTAC bu barədə Rusiya KİV-lərinə istinadla xəbər verir.

"Daha güclü anomal hava şəraiti Krasnoyarsk diyarı və Yakutiyada müşahidə olunur. Yakutiyada temperatur uzun illərin göstəricilərindən 20 dərəcə yüksək, yəni ən aşağı temperatur mənfi 20-25 dərəcəyə, maksimal isə mənfi 15 dərəcəyə çatır. Lakin Asiya ərazisinin heç bir yerində mülayim hava olmayacaq”, - deyə mərkəzin rəhbəri vəzifəsini icra edən Roman Vilfand bildirib.

Ölkənin Avropa hissəsində temperatur normadan 6-8 dərəcə yüksək olacaq.

Meteoroloqun sözlərinə görə, bu, cari qış fəslində Atlantik hava cərəyanının Ural dağları vasitəsilə ikinci dəfə maneəsiz olaraq keçməsi və Asiya ərazisində havanı müəyyən etməsi ilə bağlıdır.

"Bu, addımbaşı rast gəlinməyən vəziyyətdir. Asiya hissəsində kontinental iqlim müşahidə olunur. Atlantikadan hava kütlələrinin təsiri zamanı isə burada mülayim rütubətli hava olacaq”, - deyə Vilfand izah edib.

Hidrometeorologiya Mərkəzinin proqnozlarına görə, paytaxt regionunda bu gün temperatur 0-2, Krasnoyarskda 20, Novosibirsk və Omsk vilayətlərində 5 dərəcə şaxta gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video