07 Yanvar 2020 16:36
692
Mədəniyyət
A- A+

Heydər Əliyev Sarayında bir-birindən maraqlı Yeni il tamaşaları təqdim olunub


Heydər Əliyev Sarayında uşaqların sevimli cizgi film qəhrəmanlarının iştirakı ilə ən maraqlı interaktiv musiqili "Yeni il simfoniyası” nağıl-tamaşası təqdim olunub.

Saraydan AZƏRTAC-a bildirilib ki, simfonik orkestrin müşayiəti ilə baş tutan musiqili tamaşada uşaqlar Şaxta baba, Elza, Ələddin, Su pərisi və digər qəhrəmanlarla birgə möcüzəli nağıl ölkələrinə səyahət ediblər.

Yeni il şənliyində Simfonik orkestrin müşayiəti ilə müğənnilərin ifasında sevilən cizgi filmləri "Gözəl və Bədheybət”, "Soyuq ürək”, "Ələddin”, "Pinokkio”, "Mulan”, "Kral Şir”, "Su pərisi”, "Vinni Pux” və başqalarından musiqilər, həmçinin Ştraus və Çaykovskinin əsərlərindən klassik parçalar səsləndirilib.

Cavad Tağızadənin dirijorluğu ilə keçirilən musiqili-nağılın rejissoru və ssenari müəllifi Aleksey Smirnovdur.

Həmçinin Heydər Əliyev Sarayında uşaqlar üçün musiqili, əyləncəli, interaktiv Yeni il karnavalı da təşkil olunub. Yeni ilin sevilən personajı Şaxta baba uşaqlarla görüşüb və onları mahnılar, rəqslər, oyunlar, yeni il zarafatları ilə sevindirib.

Uşaqların sevimli nağıl qəhrəmanları ilə dialoqları, həmçinin milli və xarici musiqilərə hazırlanmış rəqslər, "Zima” beynəlxalq uşaq musiqi festivalının iştirakçılarının ifasında mahnılar və sürprizlər karnavala xüsusi rəng qatıb. Əyləncəli, musiqili, interaktiv və maraqlı süjet xətti ilə fərqlənən nağıl-tamaşa uşaqları sevindirib və gözəl əhval bəxş edib. Rəngarəng səhnə tərtibatı, səhnə geyimləri və bir çox başqa sürprizlərin təqdim olunduğu Yeni il şənliyi uşaqlar üçün maraqlı və yaddaqalan olub.

Eyni zamanda, Heydər Əliyev Sarayında uşaqlar üçün "Qar Kraliçası və yeddi gözəl” interaktiv musiqili-tamaşa da göstərilib.

Musiqili-tamaşada uşaqlar Malifisenta, Avrora, Zoluşka, Anna, Mulan, Bel və hətta təkrar olunmaz qardan adam Olaf ilə tanış olublar. Musiqili tamaşa şən mahnıları, rəngarəng rəqsləri, sevimli qəhrəmanların uşaqlarla interaktiv oyunları onlara unudulmaz anlar yaşadıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video