Alternative content

02:46 07 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:23 07.07.2020 BİLDİRİŞ
00:21 07.07.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qulaq deşdirməyin fəsadları
Qulaq deşdirməyin fəsadları
ANA SƏHİFƏ / Səhiyyə
16:18 07.01.2020

Uşaq yaşlarında qız uşaqlarının qulaqlarında sırğa taxmaq üçün iynə ilə deşik açılır. Yara sağalana kimi bəzən əvvəlcə ona sapdan sırğa taxılır, sonralar isə onu qızıl sırğa ilə əvəz edirlər. Hazırda gənclərin öz qulaqlarını deşməsi, yaxud salonlarda deşdirməsi, üstəlik qulağın qığırdaq və ortasından sırğalar asması dəb halını alıb. Qulağın səhv deşilməsinin fəsadlarından xəbərsiz olanlar isə bunu adi hal kimi qəbul edirlər. Mütəxəssislərin fikrincə, qulağın səhv deşilməsi ağır fəsadlara səbəb ola bilər. Ona görə də uşaqlarda qulaq deşdirmək üçün düzgün yaş dövrünü seçmək lazımdır.

Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova AZƏRTAC-a deyib: "Qulaqdeşilmə prosesini uşaqlarda 9 ayından yaş yarımınadək olan dövrdə həyata keçirmək məsləhət görülür. Onu körpənin doqquz ayından tez etdikdə uşaq böyüdükcə qulağının forması dəyişir, qulaq dərisi aşağıya doğru sallanır və deşilmiş yer aşağıda qalır və bu, valideynləri narahat edir. Yaş yarımından sonra isə uşaqlarda psixoloji sarsıntı ola bilər və özlərini daha yaxşı dərk etdiklərinə görə bəzən proseduru aqressiv şəkildə qəbul edir, bəzən əlləri ilə sırğanı dartıb çıxarırlar”.

Həkim bildirib ki, qığırdaq sümüyün daha yumşaq forması olduğuna görə həmin nahiyəyə hər hansı yad cisim daxil ediləndə bu zaman əks müqavimət göstərir və bununla da reaksiya başlayır. Ona görə də həmin nahiyəyə daha diqqətlə yanaşmaq lazımdır.

Həkim-dermatoloq deyib: "Körpələrdə adətən qulağın dəri hissəsi deşilir və həmin nahiyədən sinirlərə toxuna biləcəyinə görə valideynlərdə narahatlıq yaranır. Lakin sinirlər dəri səthi keçdiyinə görə narahatlıq üçün o qədər də əsas yoxdur. Nisbətən yaşlı xanımlar qığırdaq hissələrindən bunu etdirmək istəyirlər və həmin nahiyə daha təhlükəlidir. Bu zaman həm də yüksək səviyyədə sterilliyə riayət edilməlidir. Əks halda infeksiya nəticəsində ağırlaşma fəsadları yarana bilər. Sırğanı vaxtında dəyişmək də mühüm məsələdir. Eyni zamanda müxtəlif antibiotiklərdən vaxtlı-vaxtında istifadə edilməlidir”.

Qulağı deşdirəndən sonra iki gün ərzində əli sulu şəkildə qulağa vurmaq və çimmək olmaz. Gündə iki dəfə təyinata görə yaraya antibiotik maz çəkilir və iki gün sonra həmin sırğa çıxarılaraq mütləq yerinə qızıl sırğa taxılır. Yeni yaraya qətiyyən sadə sırğa taxmaq olmaz.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM