Alternative content

08:58 23 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünya azərbaycanlılarının Prezidenti
Dünya azərbaycanlılarının Prezidenti
ANA SƏHİFƏ / SİYASƏT
02:33 31.12.2019


Müstəqil dövlət kimi gənc olsa da, Azərbaycanın uğurları, keçdiyi inkişaf yolu onilliklərə, qərinələrə bərabərdir. 28 illik müstəqillik tariximizin heç də bütün mərhələlərinin inkişaf dövrləri olmadığını nəzərə aldıqda isə uğurlarımızın miqyasının daha böyük olduğunu görərik. Bu mənada gənc respublikamız öz inkişafı ilə dünyada həm də nümunəyə çevrilib. Ona görə Azərbaycan tək bu ölkənin vətəndaşları olan bizlərin deyil, dünyanın hər yerində yaşayan soydaşlarımızın qürur və fəxarət ünvanıdır.


Mütərəqqi diaspor siyasəti


1991-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi Azərbaycanın ən yeni tarixinin mühüm siyasi hadisələrindən birinə çevrildi. Çünki ümummilli mənafelərimizin həyata keçirilməsi naminə xalqımızın bütün gücünü bir yerə toplamaq arzusunu və əzmini təcəssüm etdirən bu gün bir-birindən ayrı düşən soydaşlarımızın milli mənlik şüuru əsasında sıx birləşməsi prosesinin başlanğıcını qoydu. Prezident İlham Əliyevin bu günlərdə dünya azərbaycanlılarına ünvanladığı təbrikində deyildiyi kimi, bu tarixi gün milyonlarla soydaşımızın azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birliyinin rəmzidir: "İlk dəfə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunmuş bu tarixi gün xarici ölkələrdə məskunlaşıb yaşayan milyonlarla soydaşımızın azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birliyinin və vətənə sədaqətinin rəmzi kimi hər il xalqımız tərəfindən ruh yüksəkliyi ilə bayram edilir”.

Heydər Əliyevin milli həmrəylik və azərbaycançılıq amalının şüurlarımızda möhkəm yer tutmasına yönəlmiş uzaqgörən siyasətini bu gün inamla davam etdirən, milli həmrəylik və diaspor fəaliyyətini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi fəaliyyət ardıcıl və sistemli səciyyə daşıyır. Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş cənab İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir, hər zaman ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında konsolidasiyasına çalışır.

Məhz bu siyasətin məntiqi nəticəsi olaraq cənab İlham Əliyev daim 50 milyonluq dünya azərbaycanlılarının dəstəyini alıb, onların alternativsiz namizədi və lideri olub. Bu fəaliyyətin ən ümdə cəhətləri xaricdəki azərbaycanlıların ana vətənimizin maraqları ətrafında daha sıx səfərbər olmaları və ən əsası Azərbaycan həqiqətlərinin dünyada getdikcə yaxından eşidilməsidir.

İndiyədək Bakıda dünya azərbaycanlılarının 4 qurultayının keçirilməsi, xaricdə yaşayan həmvətənlilərimizlə iş üzrə ayrıca dövlət qurumunun təsis edilməsi soydaşlarımızın tarixi vətənlə əlaqələrinin güclənməsinə əlverişli zəmin yaratmaqla yanaşı, milli həmrəyliyə və yekdilliyə nail olmaq amalının Azərbaycanın dövlət siyasətinin üzvi tərkib hissəsinə çevrildiyini nümayiş etdirib. Bütün bu tədbirlər həm sayına, həm də milli-mənəvi, intellektual potensialına görə dünyanın böyük millətləri ilə bir sırada dayanan xalqımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşməsinə, tarix səhnəsində mühüm rol oynayan mütəşəkkil qüvvə kimi formalaşmasına güclü təkan verib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son 16 ildə Azərbaycanın inkişaf yolunda qazandığı ardıcıl uğurlar bütün dünya azərbaycanlılarını qəlbən sevindirir. Azərbaycanın Cənubi Qafqazda əsas söz və nüfuz sahibi kimi çıxış etməsi dünyanın müxtəlif ölkələrinə səpələnmiş həmvətənlilərimizi daha da ruhlandırır, onların müstəqil dövlətimizin xoşbəxt gələcəyinə inamının, özünüdərk hissinin güclənməsinə, ümummilli maraqlar ətrafında sıx birləşməsinə yaxşı zəmin yaradır. Bu mənada Azərbaycan dövlətinin güclənməsi soydaşlarımızın xaricdəki diaspor təşkilatlarının fəaliyyətinə də müsbət təsir edir. Odur ki, dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımız Azərbaycanın müstəqil siyasət yeritməsindən, dünya birliyində mövqelərini daha da möhkəmləndirməsindən, eyni zamanda, həyata keçirilən diaspor siyasətindən məmnunluq duyurlar.


Bu il bütün vəzifələr yerinə yetirilib


İndi beynəlxalq ictimaiyyətdə Azərbaycan deyəndə göz önünə inkişaf və yüksəliş gəlir. Ona görə bütün dövlətlər, siyasi və iqtisadi təşkilatlar, o cümlədən dünyada sülhü və bəşəri ideyaları tərənnüm edən, inkişafa dəstək verən beynəlxalq qurumlar ölkəmizlə əməkdaşlığa maraq göstərir. Son illərdə Azərbaycanın beynəlxalq tədbirlər mərkəzinə çevrilməsinin də əsas səbəblərindən biri ilk növbədə ölkəmizin yüksəlişidir. Bunun nəticəsidir ki, beynəlxalq səviyyədə respublikamızın mövqeləri əhəmiyyətli dərəcədə güclənib. Azərbaycan dünya birliyinin hörmət olunan, seçilən üzvünə çevrilib.

Başa çatmaqda olan 2019-cu il Azərbaycan üçün mühüm uğur göstəriciləri ilə əlamətdardır. Bir neçə gün əvvəl ilin yekunları ilə bağlı geniş müsahibə verən Prezident İlham Əliyev deyib: "2019-cu il sona yaxınlaşır və əlbəttə ki, il ərzində görülmüş işlər, ölkəmizdə və regionda baş vermiş hadisələr çox ciddi təhlil tələb edir. Bir şeyi tam dəqiqliklə deyə bilərəm ki, ölkəmiz üçün bu il uğurlu olmuşdur.

İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr həyatda öz əksini tapıb. Azərbaycan 2019-cu ildə uğurla inkişaf edib. Bu inkişaf imkan verir ki, biz gələcək illərdə də öz addımlarımızı düzgün ataq və 2020-ci il də ölkəmiz üçün uğurlu olsun”.

2019-cu il Azərbaycanın qlobal maliyyə böhranlarından sonra iqtisadi sferada artıma nail olduğu növbəti uğurlu mərhələdir. Belə ki, bu il iqtisadi artım 2 faizdən çoxdur. Qeyri-neft iqtisadiyyatı təqribən 3,5 faiz artıb. Qeyri-neft sənayesi sahəsində isə 14 faizlik artım qeydə alınıb. Bu, onu göstərir ki, qeyri-neft sənayesinin inkişafı ilə bağlı ciddi uğurlar var. Kənd təsərrüfatına gəldikdə, burada 7 faizdən çox artım var. Bütün bunlar iqtisadi sahədə əldə olunan nailiyyətlərin bir qismidir.

Əlbəttə ki, 2019-cu ilin Azərbaycan üçün ən mühüm diqqət çəkən məsələsi sosial sahədə əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan addımlardır. Belə ki, bu il həyata keçirilən kompleks islahatlar ilk növbədə əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına mühüm töhfələr verdi. Maaşlar, pensiyalar, sosial müavinətlər, tələbələrin təqaüdləri artırıldı. Konkret ifadə etsək, müavinətlər orta hesabla 50 faiz, minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faizdən çox artdı. Hazırda minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB-də birinci yerdədir. Eyni zamanda, problemli kreditlər məsələsi yoluna qoyulmaqla sosial sahədə olan məsələlər kompleks şəkildə öz həllini tapdı.


Sabitliyi və vətəndaş həmrəyliyini təmin edən siyasət


Təbii ki, dövlətin hər nailiyyətinin təməlində dayanan əsas prinsiplərdən biri ictimai-siyasi sabitlikdir. Çünki məhz ictimai-siyasi sabitliyin təmin olunması qarşıda dayanan digər vəzifələrin yerinə yetirilməsində əsas amil sayılır. Bu gün dünyanın əksər regionlarında sosial, iqtisadi və siyasi problemlər qabarıq şəkildə özünü büruzə verir. Xüsusilə qeyd edək ki, artıq neçə onilliklərdir ki, planetin müxtəlif yerlərində müxtəlif səbəbləri olan hərbi münaqişələr, müharibələr hökm sürür. Bunlardan başa çatanı olsa da, başqa bir yerdə yeni münaqişə ocağı yaranır. Nəticə etibarilə bütün bunlar xalqların taleyində dərin iz buraxır, onlara ağır mənəvi zərbə vurur, məhrumiyyətlərə düçar edir. Hərbi münaqişə həm də iqtisadi tənəzzül deməkdir. Dağılan iqtisadiyyatın bərpası üçün uzun illər belə yetmir. Bu gün Yaxın Şərqdə və digər ölkələrdə qarşıdurmalar hələ də davam edir. İraqda, Suriyada, Əfqanıstanda terrorun kökünü tamamilə kəsmək hələ də mümkün olmayıb. Bu ölkələr hər gün dini və etnik zəmində təhdidlərin ağrı-acısını yaşayırlar. Onların xalqları, günahsız insanlar çox ağır məhrumiyyətlərlə üz-üzə qalaraq humanitar fəlakətə düçar olublar. Bütün bunlar göstərir ki, sabitliyin və təhlükəsizliyin təmin olunması həqiqətən vacib məsələdir.

Bu mənada 2019-cu il də Azərbaycan üçün ictimai-siyasi sabitlik baxımından uğurlu dövr kimi tarixə düşdü. Belə ki, cari ildə ötən illərdən bərqərar edilmiş sabitlik təmin olundu və daha da möhkəmləndirildi. Lakin bizi bu günlərə gətirən yollar heç də həmişə hamar olmayıb. Ən azından müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan qüvvələrin başıpozuq fəaliyyətləri nəticəsində Azərbaycanda təhlükəsizliyə təhdidlərin baş alıb getməsi çoxunun yaddaşında dərin iz buraxıb. Yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik bərqərar edildi, ictimai-siyasi vəziyyətə təhlükə doğuran zərərli meyillərə, qanunsuz silahlı birləşmələrə qarşı uğurlu və təxirəsalınmaz tədbirlər həyata keçirildi. Məhz o illərdə hakimiyyətdə olan iqtidarların yarıtmaz fəaliyyəti göstərdi ki, sabitlik və xalq-iqtidar birliyi olmayan yerdə dövlət yalnız uçuruma gedər.

Prezident İlham Əliyevin ötən 16 ildəki fəaliyyətinin ən qabarıq tərəflərindən biri də məhz ictimai-siyasi sabitliyin qorunub saxlanılması, daha da möhkəmləndirilməsi, cəmiyyət həyatının təhlükəsizliyinin təmin olunmasıdır. Bu il ərzində də cərəyan edən beynəlxalq ziddiyyətli proseslər şəraitində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizin sabitliyi və inkişafı təmin olundu. İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı təbrikində bu barədə deyilir: "Uğurlu siyasətin nəticəsidir ki, ölkədə möhkəm ictimai-siyasi sabitlik və milli-mənəvi həmrəylik təmin edilmiş, insanlarımızın maddi rifahı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Dünyanın ayrı-ayrı bölgələrində mürəkkəb etno-siyasi proseslərin, din və məzhəb qarşıdurmalarının, humanitar fəlakətlərin baş verdiyi bir vaxtda Azərbaycan sabitliyin, etnik-dini tolerantlığın və multikultural ənənələrin qorunub saxlanıldığı unikal məkandır”.

Onu da qeyd edək ki, vətəndaş həmrəyliyi və hakimiyyətin yürütdüyü siyasətin geniş əhali tərəfindən dəstəklənməsi əsasında bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik baxımından Azərbaycan nəinki regionda, dünyada aparıcı dövlətlər sırasında yer alıb. Ölkə Prezidentinin yürütdüyü siyasət sabitliyə və vətəndaş həmrəyliyinin əbədi olmasına layiqli töhfələr verir. Bu baxımdan 2019-cu ilin xalqımız üçün ən mühüm uğurlarından biri odur ki, Azərbaycan bu dövrdə də yerləşdiyi bölgənin siyasi-ictimai baxımdan ən sabit və inkişaf edən ölkəsidir. Möhkəm təməllər üzərində bərqərar olan sabitlik gələn il də respublikamızın yüksəlişinə böyük töhfələr verəcək.

Təbii ki, qazandığımız bütün uğurlar xaricdəki soydaşlarımızı da sevindirir, həm də onlara yaşadıqları ölkələrdə olan ehtiramı daha da yüksəldir. Əlbəttə, dövlətimizin bugünkü uğurlarında onların da xidmətləri təqdirəlayiqdir. "Azərbaycan Respublikası hazırda özünün parlaq və davamlı inkişaf dövrünü yaşayır. Dünyanın müxtəlif guşələrində məskunlaşan, lakin qəlbi daim Azərbaycan eşqi ilə döyünən soydaşlarımız da bu tarixi prosesdən kənarda deyil və onların xalqımızın tərəqqisində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində təqdirəlayiq xidmətləri yüksək qiymətləndirilməlidir” deyə cənab Prezidentin təbrikində deyilir.

Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyalarına əsaslanan müstəqil dövlətimiz bu gün dünya azərbaycanlılarının birliyini qorumaq üçün üzərinə düşən tarixi missiyanı böyük məsuliyyətlə və layiqincə həyata keçirir. Çünki ölkəmizin inkişafı və beynəlxalq nüfuzu həm də bu sahədə daha güclü və uğurlu siyasətin həyata keçirilməsini təmin edir. Sözsüz ki, hər bir sahədə əldə olunan nailiyyətlər növbəti ildə də yüksək templə davam etdiriləcək və Prezidentin təbrikində deyildiyi kimi, harada yaşamalarından asılı olmayaraq soydaşlarımız Azərbaycanın bugünü və aydın sabahı naminə əməl və əqidə birliyi, sarsılmaz həmrəylik nümayiş etdirəcəklər.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM