30 Dekabr 2019 10:40
806
Mədəniyyət
A- A+

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Beynəlxalq Muğam Mərkəzində konsert proqramı təqdim olunub


Dekabrın 29-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Beynəlxalq Muğam Mərkəzində konsert proqramı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, konserti izləyənlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub.

Gecədə Azərbaycanın Xalq artisti, tanınmış pianoçu Murad Hüseynov Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa edib.

Tanınmış bəstəkarlar Klod Debüssinin "Ay işığı”, Robert Şuman və Ferens Listin "İthaf”, Moris Ravelin "Sonatina”, Fredirik Şopenin "Noktürn”, "Polonez”, "Vals”, Vasif Adıgözəlovun "Prelüdiya”, Adil Bəbirovun "Prelüdiya-Skterso” əsərlərinin ifası tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Xalq artisti Murad Hüseynov Bela Bartokun fortepiano və skripka üçün "Rumın rəqsləri" əsərini skripka ifaçısı-dirijor Cavad Tağızadə ilə birlikdə təqdim edib.

Konsert ən məşhur əsərlərdən parçaların Murad Hüseynovun, Əməkdar artist Sahib Paşazadənin (tarzən), Cavad Tağızadənin (skripka) və Seymur Həsənsoyun (akkordeon) ifası ilə başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video