Alternative content

20:08 05 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Poçt ödəniş xidmətləri haqqında Sazişə və onun Yekun Protokoluna qoşulmaq barədə
Poçt ödəniş xidmətləri haqqında Sazişə və onun Yekun Protokoluna qoşulmaq barədə
ANA SƏHİFƏ / Qanunlar
01:36 30.12.2019


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

1. Azərbaycan Respublikası 2016-cı il oktyabrın 6-da İstanbul şəhərində qəbul edilmiş Poçt ödəniş xidmətləri haqqında Sazişə və onun Yekun Protokoluna Azərbaycan Respublikasının ona dair bəyanatı ilə qoşulsun.

2. Azərbaycan Respublikasının aşağıdakı qanunları bu Qanun qüvvəyə mindiyi gündən ləğv edilsin:

2.1. "Ümumdünya Poçt İttifaqının "Poçt ödənişləri xidmətləri haqqında” Sazişinə qoşulmaq barəsində” Azərbaycan Respublikasının 2007-ci il 6 mart tarixli 259-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 5, maddə 400);

2.2. "Poçt ödəniş xidmətləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 569-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 5, maddə 336);

2.3. "Poçt ödəniş xidmətləri haqqında” Sazişə qoşulmaq barədə” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 517-IVQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 2, maddə 87);

2.4. "Poçt ödəniş xidmətləri haqqında” Sazişə qoşulmaq barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 169-VQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 427).

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 dekabr 2019-cu il




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM