30 Dekabr 2019 01:22
706
Mədəniyyət
A- A+

Tamaşadan duyğulu anlar...


Sumqayıt Dövlət Dram Teatrı hər zaman kreativ layihələri ilə fərqlənir. Son illər tamaşaçılarının sayı artan teatr kollektivi demək olar ki, yeni səhnə əsərlərinə müraciət edir.

Teatrda səhnələşdirilən tamaşalardan biri də "Ocaq”dır. Tamaşanın nümayişində duyğusal məqamlar yaşanıb. Teatr kollektivi tamaşa bitdikdən sonra səbirsizliklə oğlunun hərbi xidmətini ləyaqətlə başa vurub doğma Sumqayıta gəlişini gözləyən əsgər anasına sürpriz edib. Vətənə xidmətdən qayıtdıqda məhz teatrda, anasının mədəni istirahətini keçirdiyi məkanda ona bu həyəcanlı, sevincli anları yaşatmaq istəyən Azərbaycan əsgərinin bu addımı hər kəs tərəfindən alqışlanıb. Turqut Özakmanın "Ocaq” tamaşası psixoloji dram olsa da, tamaşa sonunda baş tutan əsgərin anası ilə görüşü tamaşaçılarda xoş duyğular yaşadıb. Yenicə əsgəri xidmətini başa vurub geri dönən gəncin zalda anası ilə görüşünü tamaşaçılar ayağa qalxaraq alqışlayıb. Daha sonra övladları əsgəri xidmətdə olan analara gül dəstələri təqdim edilib.

Tamaşaların belə təqdimatı bir daha sübut edir ki, teatrın qayəsi təkcə insanları əyləndirmək, mənəvi zövq vermək deyil, həm də onları düşündürmək, maarifləndirmək, hər zaman vətən və torpaq duyğusunu qoruyub dövlətin yanında olmaqdır.

Akif ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video