30 Dekabr 2019 01:21
1018
Təhsil
A- A+

“Bədii əsər oxumaq” mövzusunda bilik yarışı keçirilib


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) "Bədii əsər oxumaq (yerli ədəbiyyat)” mövzusunda bilik yarışı keçirilib.

Yarışda Aİİ-nin İlahiyyat fakültəsinin I, II və IV kurs tələbələri, həmçinin Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak ediblər. Hər qrupdan 5 əsas və 1 ehtiyat iştirakçı olmaqla, ümumilikdə 8 komanda mübarizə aparıb.

Üç turdan ibarət olan yarışmada 45 sual səsləndirilib. Suallar İsa Hüseynovun "Məhşər”, Süleyman Rəhimovun "Mehman”, Məmməd Səid Ordubadinin "Qılınc və qələm”, Cəfər Cabbarlının "Almaz”, Hüseyn Cavidin "İblis” əsərlərinin mövzularını əhatə edib.

Aİİ rektoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, ali təhsil müəssisəsində keçirilən müsabiqələr tələbələrin elmə, maarifləndirici yarışmalara marağının artırılması, onların ümumi biliyinin və dünyagörüşünün yüksəldilməsi, öz biliklərini daha çevik şəkildə ifadə etmək təcrübəsi qazanmaları baxımından xüsusi əhəmiyyətə malikdir.

Bu yarışmanın tələbələrə təcrübə qazanmaq imkanı yaratdığını nəzərə çatdıran C.Məmmədov gənclərə sənətlərinin peşəkarı olmaq üçün daim oxumaq, öyrənmək barədə tövsiyələrini bildirib. Aİİ rəhbəri bacarıq imkanlarını nümayiş etdirmələri baxımından, bu istiqamətdə təşkil olunan müsabiqə və bilik yarışmalarının xüsusi rol oynadığını vurğulayıb.

Aİİ rektoru daha sonra ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən bəhs edib. Gənclərin ölkəmizin mütərəqqi gələcəyi naminə daha çox oxumaları, yüksəkixtisaslı kadrlar kimi yetişmələri üçün dayanmadan öz üzərlərində çalışmalı olduqlarının əhəmiyyətini vurğulayıb.

Yarışın sonunda turlar üzrə qazanılmış ümumi xallar əsasında qalib komandalar müəyyən edilib, mükafatlandırılıb və sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutunda tələbələrin dünyagörüşünün artırılması, mütaliə vərdişlərinin və nitq qabiliyyətlərinin formalaşdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Belə ki, həftənin şənbə günləri institutda tələbələr üçün müxtəlif kitabların müzakirələri təşkil olunur.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video