30 Dekabr 2019 01:20
713
Mədəniyyət
A- A+

Şəmkirlilər dünya azərbaycanlıları ilə həmrəydirlər


Şəmkir rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə keçirilən şənlikdə iştirak edən minlərlə sakin dünya azərbaycanlıları ilə həmrəy olduqlarını nümayiş etdirmişdir.

Gənclər Mərkəzinin qarşısında keçirilən karnavalda Şaxta baba ilə Qar qız bayram şənliyinə toplaşanları salamladıqdan sonra tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov açaraq Ümummilli Lider Heydər Əliyev tərəfindən təsis edilən 31 yanvar - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən danışmış və ölkəmiz müstəqillik qazandıqdan sonra əldə etdiyi uğurlardan söhbət açmışdır. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində qazanılan nailiyyətləri diqqətə çatdıran icra başçısı bu nailiyyətlərdə Şəmkir rayonunun da payı olduğunu qeyd etmişdir. Rayonun sosial-iqtisadi həyatında yüksək göstəricilərə nail olan şəmkirlilərin 2020-ci ildə də böyük uğurlara imza atacaqlarına əminlik ifadə etmişdir.

2019-cu ildə rayonun sosial-iqtisadi və mədəni həyatında, eləcə də təhsil, səhiyyə və idman sahəsində uğurlar qazanan rayon sakinlərinin bir qrupuna mükafatlar təqdim olunduqdan sonra böyük bayram konserti olmuşdur. Karnavala toplaşanlar şən və oynaq musiqi sədaları altında rəqs etmiş, maraqlı əyləncələr keçirmişlər.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video