29 Dekabr 2019 20:46
905
Təhsil
A- A+

Bu il ABŞ-da kütləvi qətl hadisələrinin sayı rekord həddə çatıb


Bu il ABŞ-da kütləvi qətl hadisələrinin sayı rekord həddə çatıb. 2019-cu ildə ABŞ-da baş verən 41 qətl hadisəsi nəticəsində 211 nəfər həyatını itirib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bununla bağlı faktlar ABŞ-ın məlumat bazasında yer alıb. Faktlar "Associated Press” (AP), "USA Today” və "Northeastern University”nin birgə apardığı tədqiqatlar nəticəsində əldə edilib. Qeyd edək ki, məlumat bazası ABŞ-da kütləvi qətl hadisələrini 2006-cı ildən etibarən izləyir.

2019-cu ildə baş verən cinayət hadisələri nəticəsində ən çox insan ölümünə may ayında Virciniya Biçdə (12 nəfər), avqustda isə El Pasoda (22 nəfər) təsadüf olunub. İl ərzində baş verən 41 qətl hadisəsindən 33-ü odlu silahla törədilib. Təkcə Kaliforniya ştatında 8 belə hadisə baş verib.

Bundan əvvəl ABŞ-da kütləvi qırğınların ən yüksək sayına 2006-cı ildə rast gəlinib - 38 nəfər.

Demokratlar belə hadisələrin qarşısını almaq üçün ölkədə odlu silah üzərində nəzarəti gücləndirməyi təklif edirlər. Prezidentliyə namizəd, ABŞ-ın sabiq vitse-prezidenti Co Baydenin planlarından biri də məhz bununla bağlıdır. O, silahların istehsalı və satışına qadağa qoyulmasını və bütün silah satışları üçün məcburi yoxlamaların aparılmasının vacibliyini vurğulayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video