29 Dekabr 2019 15:42
913
Təhsil
A- A+

BANM-in Koreyanın şirkəti ilə reallaşdırdığı tədqiqat layihəsi uğurla başa çatıb

Bakı Ali Neft Məktəbində (BANM) Koreya Respublikasının "HMC” şirkəti və Kyunqsunq Universitetinin nümayəndələri ilə görüş keçirilib.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə "HMC” şirkətinin vitse-prezidenti Park Gabjunun rəhbərlik etdiyi nümayəndə heyəti, Kyunqsunq Universitetinin Elektronika mühəndisliyi fakültəsinin professorları Park Jangsik və Dong-Hee Lee iştirak ediblər.

Görüş zamanı "HMC” şirkəti və Kyunqsunq Universiteti ilə CCTV (closed-circuit television) – qapalı kontur üçün uzaqdan videomüşahidə texnologiyasından istifadə etməklə qazın ilkin təsbitetmə və daxilolmaya nəzarət sistemi üzrə elmi-tədqiqat layihəsi üzrə əldə olunan nəticələr müzakirə olunub.

Koreya Respublikasının qrantı hesabına reallaşdırılan layihə BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrası ilə birgə həyata keçirilir. Xüsusi təyinatlı, son nəsil müşahidə kameraları ilə hətta çox kiçik qaz sızmalarını belə müəyyən etməyi nəzərdə tutan layihə qaz itkisinə qənaət etməklə, şirkətlərə böyük vəsaitlər qazandırmış olacaq. Sözügedən avadanlıqlar SOCAR-ın Qaz İxrac İdarəsinin qaz kompressor stansiyalarında sınaqdan keçirilib. Stansiyanın 3D modeli BANM-dəki mərkəzə inteqrasiya olunub.

Rektor Elmar Qasımov layihə çərçivəsində təhsil müəssisəsinin kampusunda "HMC” şirkətinin avadanlıqları ilə təchiz edilmiş mərkəzin fəaliyyət göstərdiyini qeyd edib. Bu mərkəz BANM və Kyunqsunq Universitetinin birgə elmi-tədqiqat layihələrinin əsasında fəaliyyət göstərir. "Zənnimcə, layihə uğurla reallaşdırılıb və biz növbəti mərhələnin həyata keçirilməsində maraqlıyıq”, – deyə rektor qeyd edib.

"HMC” şirkətinin vitse-prezidenti Park Gabju tədqiqatın BANM ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda uğurla sınaqdan keçirildiyini söyləyib, növbəti mərhələdə hazır məhsulların bazara çıxarılacağını bildirib. Deyib ki, avadanlıqlar Koreyada aidiyyəti qurumlarda sınaqdan uğurla keçib. Koreya Elektrik İdarəsində, Seul Metropolitenində avadanlıqlar quraşdırılıb, infrastruktur yaradılıb. Hazırda infrastruktura servis göstərilməsi üzərində iş gedir. Park Gabju Azərbaycanda "HMC” şirkətinin filialını açmaq istədiklərini də qeyd edib.

Xatırladaq ki, 2018-ci ildə BANM-in rektoru Elmar Qasımovla "HMC” şirkətinin prezidenti Park Hak–Joo əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video