29 Dekabr 2019 00:53
598
DÜNYA
A- A+

Dini etiqad haqqında qanun Monteneqronu qarışdırdı


Siyasi müxalifət və narazı kütlə iqtidara qarşı birləşdi


Monteneqro parlamenti dini etiqad və dini icmaların hüquqi vəziyyəti haqqında qanun qəbul etmişdir. Sənədə qanunvericilik orqanında baxılması ictimai narazılığa səbəb olmuş, barışmaz siyasi rəqibləri birləşdirmişdir.

Qəbul olunmuş qanun Serb Pravoslav Kilsəsinin (SPK) mülkiyyətinin müsadirə olunmasını nəzərdə tutur. Söhbət 650-dən çox məbəddən, o cümlədən pravoslav aləmində geniş tanınan Ostroq monastrından gedir. Qanunun qəbul edilməsi ilə ölkə pravoslavları SPK-dan çıxacaqlar, əvəzində Monteneqro Pravoslav Kilsəsi yaradılacaq. Başqa sözlə, Monteneqro Serbiyadan dini müstəqilliyə nail olacaq. Bəzi müşahidəçilər ölkədə belə bir qanunun qəbul edilməsində ABŞ-ın barmağını görür. Onlar belə bir fakta diqqət yetirirlər ki, bu yaxınlarda ABŞ-ın beynəlxalq dini azadlıq məsələləri üzrə səfiri Sem Braunbek Monteneqroda səfərdə olmuşdur. Braunbekin Ukraynanın Rus Pravoslav Kilsəsindən ayrılmasında rolu nəzərə çarpdırılır.

Parlament qanun layihəsini srağagün müzakirə etməyə başlamışdır. Müxalifətin qanunu yenidən işləmək təklifi iqtidarı təmsil edən parlamentarların etirazı ilə qarşılanmışdır. Belə olan halda müxalifətin lideri Andriya Mandiç parlamentdə çıxış edərkən tərəfdarlarını küçə və avtomagistralları bağlamağa çağırmışdır.

Əvvəlcə ölkənin şimalında yerləşən Berane şəhərinin sakinləri küçələrə çıxıb nəqliyyatın hərəkətini dayandırdılar. Digər şəhərlərin sakinləri də bundan nümunə götürdülər. Axırda ölkənin ikinci böyük şəhəri - Nikşiç ayağa qalxdı. Paytaxt Podqoritsa da gərginlik içində idi. Etirazçılar parlament binasının ətrafında toplaşmışdılar. Hüquq mühafizə orqanları vəziyyətə müdaxilə edib onlarca adamı tutub saxladı.

Siyasi müxalifətin parlamentdə yekun səsverməni pozmaq cəhdindən sonra asayiş keşikçiləri müxalif "Demokratik cəbhə”nin istisnasız olaraq bütün deputatlarını - 22 nəfəri tutub saxlamışdır. Müxalifətin olmadığı şəraitdə hakim koalisiya təklif olunmuş düzəlişləri bir-bir rədd etdi, sonra isə yekdilliklə (45 səs) qanunu qəbul etdi.

Ölkə əhalisinin yeni qanunu sakitcə qarşılayacağı gözlənilmir. Son 15 ildə baş vermiş hadisələr belə bir təsəvvür yaratmışdı ki, vətəndaşlar hökumətin atacağı hər cür addımla barışacaq. 2006-cı ildə iqtidar referendum zamanı cüzi səs çoxluğu ilə Monteneqronu Serbiya ilə ittifaq dövlətindən çıxardı. Sonra hökumət ölkəni NATO-nun cərgəsinə qoşdu. Amma bu dəfə vəziyyəti təbii məcraya yönəltmək asan olmayacaq, çünki müxalifətçilər və narazılar eyni mövqeyi bölüşürlər. Ona görə də hakimiyyət orqanları ölkədə sabitliyi bərpa etmək üçün xeyli səy göstərməli olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video