28 Dekabr 2019 22:21
541
Məktublar
A- A+

Niderland Krallığı Senatının sabiq spikeri, Avropa Şurası Parlament Assambleyasının fəxri sədri, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Lindendən


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Əvvəlcə icazə verin, Sizə və ailənizə ən xoş arzularımı çatdırım.

Doğum gününüzü səmimi qəlbdən təbrik edir, Sizə xoşbəxtlik, cansağlığı və firavan Yeni il arzulayıram. Yeni ildə 2019-cu ilin nəticələrini və əməkdaşlıq fəaliyyətini nəzərdən keçirmək və növbəti hədəfləri müəyyən etmək baxımından gözəl fürsət yaranacaq.

Azərbaycan və Niderland arasında məhsuldar əməkdaşlığı bir daha qeyd etmək istərdim.

Niderlandın bir sıra şirkətləri iyun ayında Avropa İttifaqı - Azərbaycan biznes forumunda iştirak edib. Niderland "Caspian Agro” sərgisində təmsil olunub və 2020-ci ildə də bu sərgidə iştirak etməyi planlaşdırır.

Birgə tədbirlərin uğurlarını davam etdirmək, ölkələrimiz arasında iqtisadi və biznes əlaqələrini daha da gücləndirmək baxımından, Azərbaycanın "Floriade Expo 2022” sərgisində iştirak edəcəyini eşidəndə çox məmnun oldum. Ölkəniz "Floriade 2012” sərgisində uğurla iştirak etmişdi və onun pavilyonu ziyarətçilər tərəfindən çox bəyənilmişdi.

Fürsətdən istifadə edərək, Azərbaycan və Niderland arasında ikitərəfli əlaqələrin inkişafına göstərdiyiniz dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirmək istərdim. Əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik.

Sizə və yaxınlarınıza xoşbəxtlik və cansağlığı, ölkənizə və xalqınıza sülh, rifah arzulayıram.

Dərin hörmətlə,


Rene Van der Linden

Niderland Krallığı Senatının sabiq spikeri,

Avropa Şurası Parlament Assambleyasının fəxri sədri,

Niderland-Azərbaycan Dostluq Qrupunun sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video