28 Dekabr 2019 00:56
2224
İDMAN
A- A+

İlin ən yaxşı idmançıları mükafatlandırılıb


Dekabrın 27-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ilin idman yekunlarına dair tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, idman federasiyalarının rəhbərləri və idmançılar iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsindən sonra 2019-cu il ərzində idmançılarımızın qazandıqları nailiyyətlərə və ölkəmizdə keçirilən mötəbər idman yarışlarına dair videoçarx nümayiş olunub.

Gənclər və İdman naziri Azad Rəhimov tədbirdə çıxış edərək 2019-cu ilin Azərbaycan idmanı üçün uğurlu olduğunu bildirib. Nazir vurğulayıb ki, Azərbaycan idmançıları dünya və Avropa çempionatlarında, kubok yarışlarında və beynəlxalq turnirlərdə 775 medal qazanıblar. Medallardan 327-si Olimpiya idman növlərinin payına düşür. İl ərzində ölkəmizdə bir sıra mühüm yarışlar keçirilib. Bakıda yüksək səviyyədə təşkil olunan XV Avropa Gənclər Olimpiya Festivalı möhtəşəmliyi ilə yadda qalıb. Bu yarışda 23 medal qazanan yığma komandamız ilk dəfə dördüncü yeri tutub. İdmançılarımız II Avropa Oyunlarında 28 medal qazanıblar. İtaliyanın Neapol şəhərində keçirilən universiadada və bir sıra yarışlarda da çoxlu medallar qazanılıb.

A.Rəhimov, həmçinin diqqətə çatdırıb ki, cari ildə ölkəmizdə 233 respublika əhəmiyyətli yarış təşkil edilib. Təkcə Bakıda 60-dan çox beynəlxalq turnir keçirilib. Regionlarda idman tədbirlərinin keçirilməsi istiqamətində fəallıq artır. İdmançılarımız il ərzində 243 beynəlxalq yarışda iştirak ediblər.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb və idmançılarımızın cari ildəki çıxışlarını yüksək qiymətləndirib. Bu uğurların Azərbaycan dövlətinin idmana qayğısının təzahürü olduğunu vurğulayan Ç.Hüseynzadə deyib ki, gələn il idmançılarımızı ciddi sınaq gözləyir. Əsas hədəf Tokio Olimpiadasında uğurla çıxış etməkdir.

Sonra müxtəlif nominasiyalar üzrə 2019-cu ilin ən yaxşıları mükafatlandırılıb. "İlin ən yaxşı idmançısı” nominasiyasında Hacı Əliyev (sərbəst güləş), Rostislav Pevtsov (triatlon), Nazim Babayev (atletika), Teymur Rəcəbov (şahmat), Mariya Stadnik (qadın güləşi), Milad Beigi Hərceqani (taekvondo), Rüstəm Orucov (cüdo), Zöhrə Ağamirova (bədii gimnastika), Elçin Əsədov (velosiped), Ramal Aslanov (kikboksinq), Aynur Məmmədova (parataekvondo) mükafatlandırılıblar. Ziyad Xəlfəyev (atletika), Rəşad Əhmədov (taekvondo), Əkbər Muradov (güllə atıcılığı) "Ən yaxşı məşqçi”, Emin Qurbanəliyev (boks), Fariz Hüseynov (cüdo), Asif Şirəliyev (güləş) isə "Ən yaxşı hakim” adlarına layiq görülüblər. İdman yarışlarının yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə Azərbaycan Gimnastika Federasiyası mükafatlandırılıb. Azərbaycan Cüdo Federasiyası isə ilin ən yaxşı federasiyası mükafatına layiq görülüb. Şahmat üzrə qadınlardan ibarət yığmamız isə "İlin ən yaxşı komandası” seçilib.

Tədbirdə, həmçinin ilin ən yaxşı idman qurğuları, idman təşkilatları, ən fəal idman veteranı, idman həkimi, idman jurnalisti, media layihəsi, idman agentliyi, idman verilişlərinin təşkilatçısı nominasiyalarının qalibləri də təltif olunublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video