27 Dekabr 2019 22:34
1395
İDMAN
A- A+

“Lozanna 2020” Olimpiadasının proqramına yeni idman növü daxil ediləcək


"Lozanna 2020” Yeniyetmələrin Qış Olimpiadasının proqramında yeni idman növü daxil ediləcək. Bu, dağ xizəkçiliyinin skimo növüdür. Bu Oyunlarında idmançılar skimo üzrə fərdi (kişilər və qadınlar), sprint (kişilər və qadınlar) və qarışıq yarışlarda qüvvələrini sınayacaqlar.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytı məlumat yayıb.

Skimo alpinizmin bəzi cəhətlərini özündə birləşdirir. Bu növdə idmançılar həm yuxarı, həm də aşağı doğru hərəkət edir, buzlu zirvələri fəth etməli olurlar. Burada nəfəs, sürət və çeviklik, bir sözlə, böyük fiziki qüvvə tələb olunur. İdmançılar bəzən yarış zamanı 1900 metr yüksəkliyə qalxmalı olurlar ki, bunun öhdəsindən gəlməyi hər xizəkçi bacarmır.

İsveçrəli Martin Marti Qrindelvald kurort şəhərciyində, Eyger dağlarının ətəyində yaşayır. Onun xizəksürmə idman növünə olan marağı da məhz burdan yaranıb.

İsveçrəli idmançı olympic.org saytına müsahibəsində bildirib: "Dağ kəndində böyüyürsənsə, həmişə dağlara bağlı olursan. Mən dağlarsız yaşaya bilmərəm. Bircə gün şəhərə getsəm, çox darıxır və geri qayıtmaq istəyirəm. Skimo çox çətin idman növüdür. Çünki dağlarda həqiqətən güclü və bacarıqlı olmalısan”.

Dünya çempionu Martin Marti "Lozanna 2020” Qış Olimpiadasında dağ xizəkçiliyinin skimo növündə qüvvəsini sınayacaq. Bu növdə 48 idmançı Villar-sür-Ollon dağlarında medallar uğunda yarışacaq.

Xatırladaq ki, Yeniyetmələrin III Qış Olimpiya Oyunları 2020-ci ilin yanvarında İsveçrənin Lozanna şəhərində keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video