27 Dekabr 2019 22:32
637
DÜNYA
A- A+

Rəcəb Tayyib Ərdoğan Türkiyənin ilk elektromobilinin sükanı arxasına əyləşib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bursa əyalətinin Qebze şəhərində ilk yerli elektromobilin sükanı arxasına əyləşib.

AZƏRTAC bu barədə Türkiyənin NTV telekanalına istinadla xəbər verir.

"Bu gün ölkəmiz üçün tarixi gündür. Altmış illik xəyalımız reallığa çevrilir. Uzun illərdi ki, öz avtomobilimizi istehsal etmirdik. Yüzdən çox türkiyəli mühəndis yerli texnologiyalardan istifadə edərək layihə üzərində çalışıb. Bursa əyalətinin Gemlik şəhəri rayonunda yeni zavod tikiləcək”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyənin ilk elektromobilinin istehsalı üzrə layihənin investisiyası 13 il ərzində 22 milyard dollar təşkil edəcək. "Türk avtomobilləri” təşəbbüs qrupu ildə beş modeldən ibarət 175 min avtomobil istehsal etməyi planlaşdırır. Dövlət 2035-ci il dekabrın 31-dək 30 min elektromobil almaq niyyətindədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video