27 Dekabr 2019 17:40
548
DÜNYA
A- A+

İŞİD Kərkükdə hücuma keçdi


İraqın Kərkük və Səlahəddin əyalətlərində İŞİD terrorçu təşkilatının törətdiyi hücumlar nəticəsində 9 dinc sakin həlak olmuşdur. Bu barədə "Anadolu” agentliyi xəbər verir.
Kərkük Polis Departamentinin mətbuat katibi Əfrasiyab Kamilin dediyinə görə, şəhərin cənub ətraflarında İŞİD terrorçularının oğurladığı 3 nəfərin meyitləri tapılmışdır. Onlar regionda kənd təsərrüfatı ilə məşğul olan mülki vətəndaşlardır.
Səlahəddin əyalətinin yerli məclisinin təhlükəsizlik komitəsinin başçısı Mehdi Təki bildirmişdir ki, əyalətin Aləm rayonunda saxta nəzarət məntəqəsi quran İŞİD ünsürləri üç avtomobilə silahlı hücum etmişdir. Nəticədə 6 dinc sakin həlak olmuşdur.
Xatırladaq ki, İŞİD 2014-cü ilin iyununda İraqın Mosul, Səlahəddin və Ənbar əyalətlərini tamamilə, habelə Diyala və Kərkük əyalətlərini qismən ələ keçirmişdi. Sonradan bu regionlar terrorçulardan təmizlənmişdir.
2017-ci il dekabrın 9-da İraqın ovaxtkı Baş Naziri Heydər İbadi İŞİD üzərində qələbə qazanıldığını elan etmişdir. Buna baxmayaraq, terrorçu təşkilat hələ də adıçıkilən əyalətlərin kənd rayonlarına hücumu davam etdirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video