27 Dekabr 2019 16:24
1050
Elm və texnika
A- A+

Akademik Ramiz Mehdiyev “Clarivate Analytics” agentliyinin nümayəndələri ilə görüşüb


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev "Clarivate Analytics” ("Thomson Reuters”) agentliyinin Rusiya və MDB ölkələri üzrə icraçı direktoru Oleq Utkini və təşkilatın təhsil proqramları üzrə direktoru Valentin Boqorovu qəbul edib. Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

Görüşdə akademik Ramiz Mehdiyev AMEA ilə "Clarivate Analytics” agentliyinin sıx əlaqələrinin olduğunu bildirib. İki qurum arasında imzalanan əməkdaşlıq müqaviləsi nəticəsində dünyanın aparıcı elmmetrik bazası "Web of Science”dan istifadə edən AMEA alimlərinin sayının artdığını vurğulayan akademik elmi müəssisələrin agentlik ilə əməkdaşlığını yüksək qiymətləndirib.

Səmimi qəbula görə minnətdarlığını bildirən Oleq Utkin "Clarivate Analytics” agentliyinin mütəxəssisləri tərəfindən AMEA-da bir sıra seminar və treninqlərin keçirildiyini söyləyib. Bildirib ki, seminarlarda alimlərə bu bazadan istifadə yolları, bazaya daxil olan jurnallarda məqalələrin dərc edilməsi qaydaları, müxtəlif sahələr üzrə elmi məqalələrin tələbləri və s. haqqında ətraflı məlumat verilib. Oleq Utkin vurğulayıb ki, baza məlumatlarına əsasən elmi əsərlərin sayına görə Azərbaycan Cənubi Qafqaz ölkələri sırasında birinci yerə yüksəlib.

Müzakirələr zamanı humanitar və ictimai elmlər sahəsi üzrə tədqiqatların mühüm elmi nəticələrinin impakt faktorlu jurnallarda məqalə kimi çapına müəyyən məhdudiyyətlərin olması və ölkə üzrə bu istiqamətdə elmi jurnalın formalaşdırılması məsələsinə baxılması ətrafında fikir mübadiləsi edilib.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və "Clarivate Analytics”in Azərbaycan üzrə nümayəndəsi və elmi-informasiya resursları üzrə eksperti Aygün Babazadə iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video