27 Dekabr 2019 13:19
546
DÜNYA
A- A+

ABŞ-da qarət nəticəsində Türkiyə icmasının üzvü qətlə yetirilib


Dekabrın 26-da gecə saat 2 radələrində Virciniya ştatının Manassas şəhərində silahlı qarətçilər "Denny's” restoranına soxularaq xəzinədarlardan və müştərilərdən pul tələb ediblər.

AZƏRTAC xəbər verir ki, yaranmış iğtişaş zamanı cinayətkarlar atəş açmağa başlayıblar. Nəticədə hazır yeməkləri sifarişlə evlərə çatdıran "DoorDash” xidmətinin sürücüsü, cəmi bir neçə dəqiqə əvvəl sifarişi götürmək üçün restorana gəlmiş şəxs qətlə yetirilib, restoranın bir müştərisi isə ağır də yaralansa da sağ qalıb. Polisin məlumatına görə, qarətçilər gizlənə biliblər.

Atışmanın qurbanı Virciniyanın türk icmasının üzvü 56 yaşlı Yusuf Özgür aldığı zədələrdən xəstəxanada vəfat edib.

Dairə polisinin rəisi Barri Barnard mətbuat konfransında bildirib ki, cinayətkarlar haqqında informasiya verəcək şəxsi 10 min dollar mükafat gözləyir. Polis restorana maskalı şəkildə girmiş 2 nəfər silahlı kişinin təsvir edildiyi fotoşəkilləri və videonu da dərc edib.

Türk icması Yusuf Özgürün ailəsinə maliyyə yardımı göstərilməsi üçün vəsait yığmağa başlayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video