Alternative content

09:24 23 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İlham Əliyev Azərbaycanı dünyanın idman paytaxtına çevirib
İlham Əliyev Azərbaycanı dünyanın idman paytaxtına çevirib
ANA SƏHİFƏ / SİYASƏT
03:13 27.12.2019


Atletlərimiz bu il beynəlxalq yarışlarda 775 medal qazanıblar


Azərbaycanda idmanın inkişafı naminə həyata keçirilən tədbirlər dövlətin yürütdüyü daxili siyasətin üstün istiqamətlərindəndir. Bu sahə bir çox cəhətdən xüsusi əhəmiyyət kəsb edir. Əvvəla, idman yeni sağlam nəslin yetişdirilməsində müstəsna rol oynayır. Digər tərəfdən, idman gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması işində böyük əhəmiyyət kəsb edir.

Sevindirici haldır ki, hazırda idmançılarımız dünyanın ən mötəbər turnirlərində uğurla çıxış edərək ölkəmizin adını daim uca tuturlar. Atletlərimiz müxtəlif yarışlarda idmanın olimpiya və qeyri-olimpiya növləri üzrə ölkəmizi şərəflə təmsil edir və Azərbaycanın idman şöhrətini qaldırırlar.

2019-cu ildə idmançılarımız qatıldıqları beynəlxalq yarışlarda 775 medal qazanıblar ki, onlardan 271-nin əyarı qızıldır. Bu, onu göstərir ki, ölkəmizdə idmanın inkişafı dinamik xarakter daşıyır və idmançılarımız ardıcıl olaraq böyük qələbələr qazanmağa qadirdilər.

Azərbaycanın cari ildə "Formula-1” Azərbaycan Qran-prisinə, bir sıra idman növləri üzrə qitə miqyaslı yarışlara, gimnastika üzrə dünya kuboklarına, Avropa çempionatına və UEFA Avropa Liqasının finalına uğurla evsahibliyi etməsi, atletlərimizin beynəlxalq turnirlərdə qazandıqları parlaq qələbələr ölkəmizin idman tarixinə qızıl hərflərlə yazıldı.

Milli Olimpiya Komitəsi (MOK) fəaliyyətini həmişə olduğu kimi, indi də uğurla davam etdirir, ölkə idmanının inkişafı naminə yeni-yeni addımlar atır. Dekabrın 25-də MOK-da cari ilin idman yekunlarına həsr olunmuş mərasimdə əldə olunmuş uğurlardan bəhs olundu, gələcək planlar müzakirə edildi. Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edərkən deyib ki, Azərbaycanda idmanın kütləviliyi təmin edilir, idmanla məşğul olmaq istəyən gənclərin sayı kəskin artır: "Azərbaycan gənclərinin idmana böyük maraq göstərməsi bizi sevindirir. Əlbəttə ki, görkəmli idmançılarımızın uğurları bizim idman şöhrətimizi daha da yüksəklərə qaldırır. Bu baxımdan bu il də əlamətdar il olmuşdur. Bizim idmançılarımız beynəlxalq idman yarışlarında 775 medal qazanmışlar, onlardan 271-i qızıl medaldır. Bu, onu deməyə əsas verir ki, idmançılarımız ölkəmizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil ediblər və Azərbaycanın Dövlət himnini dəfələrlə səsləndiriblər, bizim bayrağımızı yüksəklərə qaldırıblar”.

Cari ildə Azərbaycanın idman tarixinə daha bir möhtəşəm qələbə yazıldı. Beynəlxalq qrossmeyster Teymur Rəcəbov dünya kubokuna sahib olan ilk azərbaycanlı kimi tarixə düşdü. Ümumiyyətlə, zəka sahiblərimiz həm ölkə, həm də qitənin şahmat tarixinə yeni qələbələr yazdırmaqda davam etdilər. Azərbaycan Prezidenti idman nailiyyətləri arasında şahmatçıların uğurlarını xüsusilə qeyd edərək deyib: "...Bu, onu göstərir ki, bizim gənclərimiz nəinki fiziki cəhətdən güclüdür, eyni zamanda, onların intellektual potensialı da çox yüksəkdir. Bizim görkəmli şahmatçımız Teymur Rəcəbov Dünya Kubokunun qalibi olmuşdur. Bu, tarixi hadisədir. On altı yaşadək yeniyetmələrdən ibarət şahmat komandamız Dünya Şahmat Olimpiadasının qalibi olmuşdur. Bu da onu təsdiqləyir ki, şahmata göstərilən diqqət, son illərdə rayonlarda şahmat məktəblərinin açılması öz nəticəsini verməkdədir. Mənim bölgələrə çoxsaylı səfərlərim çərçivəsində şahmat məktəblərinin açılışı da ənənəvi olaraq proqrama salınır. Demək olar ki, mən ölkəmizdə fəaliyyət göstərən əksər şahmat məktəblərinin açılışında iştirak etmişəm... Əlbəttə, şahmat çox məşhur, populyar idman növüdür, o idman növüdür ki, insanların, uşaqların intellektual potensialını gücləndirir.

Məhz mənəvi dəyərlərimizə bağlı və böyük intellektual potensiala malik olan gənclər bizim gələcəyimizi, müstəqil Azərbaycanın uğurlu gələcəyini təmin edəcəklər”.

2019-cu ildə ölkəmizdə təşkil edilən nüfuzlu turnirlər sırasında "Formula-1” yarışlarını da xüsusilə qeyd etmək lazımdır. Yüz milyonlarla izləyici kütləsinə malik olan "Formula-1” Azərbaycan Qran-prisinin həyəcanı sayca 4-cü dəfə Azərbaycanda yaşandı. Planetin bir nömrəli avtomobil yarışında sürət həvəskarları dünyanın ən məşhur pilotları Luis Hamiltonun, Maks Ferstappenin və digərlərinin Bakı Şəhər Halqasında gərgin və maraqlı mübarizəsinin şahidi oldular. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dövlətinin yüksək təşkilatçılığı və dəstəyi ilə dördüncü dəfə baş tutan bu yarış dünyanın böyük marağına səbəb oldu: "Formula-1” yarışına gəldikdə, deyə bilərəm ki, bu yarışın ölkəmiz üçün çox böyük faydası var. Birincisi, "Formula-1” yarışını keçirən şəhərlər inkişaf etmiş ölkələrin ya paytaxt şəhərləri, ya da ki, böyük şəhərləridir. Onların arasında Bakı şəhərinin mövcudluğu bizim üçün böyük hadisədir. İkincisi, "Formula-1” yarışı ölkəmizə böyük iqtisadi dividendlər gətirir, necə ki, bütün başqa şəhərlərə. Əgər kimsə deyirsə, bu, bizə ziyan vurur, o ya bilmir, ya da ki, qəsdən işləri təhrif etmək istəyir. Əgər, bu, bizə ziyan vurursa, onda yaxşı, bizimlə bərabər bu yarışı keçirən 20-yə yaxın şəhərə də ziyan vurur, onlar da ziyana işləyirlər? Əlbəttə ki, yox. "Formula-1” yarışının multiplikativ effekti çox böyükdür. Xaricdən gələn minlərlə qonaq burada pul xərcləyir. Bunun iqtisadi cəhətdən çox böyük səmərəsi var. Birinci "Formula-1”-dən sonra Azərbaycana kütləvi turist axını başlamışdır. Mən bu tarixləri dəqiq xatırlayıram. Çünki hər ay, yaxud da ki, hər rüb mənə turistlərin gəlişi ilə bağlı məlumat verilib. Beləliklə, birinci yarış keçiriləndən sonra turistlərin sayı 24 faiz artmışdır. Ondan sonrakı il daha 22 faiz, ondan sonrakı il isə daha 5 faiz. Nəhayət, bu il artıq on bir ayda 11 faiz artmışdır. Tarixdə ilk dəfədir ki, Azərbaycana 3 milyondan çox turist səfər etmişdir”.

Dünya ictimaiyyətinin qəlbini möhtəşəm idman tədbirlərinə ən yüksək səviyyədə evsahibliyilə fəth etməyi bacaran Azərbaycan hazırda bu sahədə beynəlxalq arenada ən güclü rəqib ölkələrdən biri adını daşımaqdadır. Bu il UEFA Avropa Liqasının və Çempionlar Liqasının final oyunları ilə bağlı Bakı və Madriddə baş tutan görüşlər futbolun vətəni sayılan Avropaya və bütün dünyaya indi çox fərqli reallıqları göstərməkdədir.

Bunlar ondan ibarətdir ki, Azərbaycan yüz milyonlarla insanı özünə ecazkar surətdə bağlayan futbol kimi kütləvi oyunların təşkilində çoxdan liderlərlə eyni cərgədə addımlaya bilir və bir çox hallarda onları geridə qoymağı da bacarır. Özü də bunu biz yox, Bakı və Madriddə final matçlarını izləyən on minlərlə azarkeş, idman mütəxəssisləri deyir. Dünyanın futbol ictimaiyyəti açıq bəyan etmişdi ki, Bakı final qarşılaşmasının təşkili baxımından nəinki Madridə meydan oxudu, hətta onu böyük fərqlə keçə bildi. Dövlət başçısı bununla bağlı qeyd edib: "Bu il Bakıda daha bir əlamətdar idman yarışı keçirilib. Futbol üzrə Avropa Liqasının final oyunu ilk dəfə olaraq Azərbaycanda, Bakı Olimpiya Stadionunda keçirilibdir. Bütün təşkilati məsələlər ən yüksək səviyyədə öz həllini tapıb, bunu da mən xüsusilə qeyd etmək istəyirəm. Çünki minlərlə xarici tamaşaçı, xarici qonaq gəlmişdir. Minlərlə qonağın bir gün, iki gün ərzində gəlməsi əlbəttə ki, bizim üçün müəyyən problemlər yarada bilərdi, ictimai nəqliyyatla, təhlükəsizliklə bağlı. Həmçinin hava limanında təyyarələrin, o cümlədən çarter təyyarələrin enişi ilə bağlı müəyyən problemlər ola bilərdi. Ancaq bütün müvafiq qurumlar, Təşkilat Komitəsi çox səmərəli işləyiblər. Ümumi rəyə əsasən, təşkilati məsələlərə görə Bakı Avroliqa final yarışı nümunə kimi göstərilir. Mən indi başqa şəhərlərdə buna oxşar yarışların keçirilməsi ilə bağlı bir söz demək istəmirəm, ancaq bizə gələn məlumata görə, hətta Çempionlar Liqasının final oyunları bəzi şəhərlərdə bu səviyyədə keçirilmir. Bizdə olan nizam-intizam, qayda-qanun, təşkilati məsələlər, könüllülərin fəaliyyəti, bütün aidiyyəti qurumların birgə fəaliyyəti bunu təmin edibdir”.

Prezident İlham Əliyevin ümummilli inkişafa xidmət edən siyasi xəttinin konturları həm də idmanın infrastrukturunun möhkəmləndirilməsi, müasirləşdirilməsi və idmanın inkişafını şərtləndirən digər tədbirlərlə müşayiət olunur. Bütövlükdə cəmiyyətdə idmançılara müsbət münasibət və böyük hörmət var. Bu gün paytaxtda və bölgələrdə müasir standartlara cavab verən 45 olimpiya idman mərkəzinin fəaliyyət göstərməsi gənclərə, yeniyetmələrə, eyni zamanda, idmançılara yaradılan şəraitin parlaq nümunəsidir.

Prezident İlham Əliyevin dediyi kimi, iki idman mərkəzi açılışa hazırdır və daha iki mərkəzin tikintisi davam etdirilir, ancaq kənd yerlərində də buna xüsusi şərait yaradılmalıdır: "... Hazırda bizim ancaq bölgələrdə 45 Olimpiya İdman Mərkəzimiz var. Bu il bir mərkəz Beyləqan şəhərində mənim iştirakımla açılıbdır. İki Olimpiya İdman Mərkəzi açılışa hazırdır - Yardımlı və Tərtər rayonlarında. İki Olimpiya Mərkəzinin tikintisi davam etdirilir - Goranboy və Neftçala şəhərlərində. Yevlax şəhərində Olimpiya Mərkəzinin layihələndirmə işləri başa çatıb və əminəm ki, yaxın zamanlarda onun inşası başlanacaq. Beləliklə, biz demək olar ki, hər bir rayonda müasir idman kompleksi istifadəyə verərək idmançılar üçün şərait yaratdıq... İndi bizim böyük şəhərlərdə idman komplekslərimiz var, ancaq kənd yerində bu, yoxdur. Düzdür, bəzi kəndlər şəhərlərə yaxın yerləşir və orada yaşayan uşaqlar, yeniyetmələr idman komplekslərinə gedə bilirlər. Ancaq bəzi ucqar kəndlər var. Ona görə kənd idmanının inkişafı üçün xüsusi proqram tərtib edilməlidir, buna diqqət verilməlidir. Ucqar kəndlərdə yaşayan uşaqlar bəzi hallarda bilmirlər nə ilə məşğul olsunlar. Orada o bölgəyə uyğun olan formada idman qurğuları tikilməlidir, yarışlar keçirilməlidir, rayon yarışları. Nə üçün bizdə rayon yarışları keçirilmir? Hesab edirəm ki, bu, böyük boşluqdur, böyük qüsurdur. Rayon idman yarışları keçirilsin. Bu həm idmanın inkişafına xeyir verər, həm də idmanın kütləviliyini təmin edər. Ona görə idmanla məşğul olan bütün qurumlara mənim tapşırığım bundan ibarətdir”.

Şübhə yoxdur ki, idman ölkəmizdə gələcəkdə daha da inkişaf edəcək və idmançılarımız Azərbaycana yeni-yeni uğurlar qazandıracaq. Çünki dövlət başçısı İlham Əliyevin ölkədə bədən tərbiyəsi və idmanın inkişafı sahəsində gördüyü genişmiqyaslı tədbirlər Azərbaycanı dünyaya idman ənənələri olan ölkə kimi də tanıtdırıb. Bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsi uğurlarımızı artırmaqdadır.

Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM