Alternative content

08:58 23 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azərbaycan vətəndaşı ildən-ilə daha yaxşı yaşamalıdır”
“Azərbaycan vətəndaşı ildən-ilə daha yaxşı yaşamalıdır”
ANA SƏHİFƏ / SİYASƏT
03:12 27.12.2019


Prezident bunu bir daha bəyan etdi


Başa çatmaqda olan 2019-cu il ölkəmizin tarixinə iqtisadi və sosial sahədə böyük nailiyyətlər dövrü kimi düşəcək. Bununla bərabər, ötən il ölkəmizin dünyada siyasi çəkisi də artıb.

Bütün bunlar isə Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi islahatlar sayəsində mümkün olub. Bu yüksəliş gələn il də ölkəmizin inkişafında mühüm rol oynayacaq. Çünki növbəti ilin sosial-iqtisadi inkişaf strategiyasının təməli möhkəmdir.

Prezident İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Dövlət başçısı il ərzində siyasi, iqtisadi, sosial və humanitar sahələrdə qazanılan uğurlardan danışıb, özəl sektorda əldə olunan nailiyyətlərdən söz açıb və bir daha vurğulayıb ki, iqtisadi islahatların mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır.

Dövlət başçısı müsahibəsində ölkədə sosial sahədə qazanılan nailiyyətləri yüksək dəyərləndirərək demişdir: "Maaşların artırılması, pensiyaların, sosial müavinətlərin, tələbələrin təqaüdlərinin, yəni bütün sosial sahələrdə olan məsələlər kompleks şəkildə öz həllini tapdı.

Müavinətlər orta hesabla 50 faiz, yaxud da 2 dəfə, minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faizdən çox artırıldı. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB-də birinci yerdədir. Amma o demək deyil ki, bu, bizi qane edir, yox. Biz istəyirik daha da artsın və əminəm ki, artacaq. Sadəcə olaraq, buna nail olmaq üçün gərək iqtisadi sahədə daha böyük artım olsun”.

Prezident xatırlatmışdır ki, neftin qiymətinin kəskin şəkildə düşməsindən sonra milli valyutamız devalvasiyaya uğramışdır. İqtisadi fəallıq aşağı düşmüş, dövlətin gəlirləri azalmışdır. Buna baxmayaraq, heç bir sosial layihə təxirə salınmamışdır ki, bu da dövlətin öz vətəndaşına olan qayğısının təzahürü idi.

Dövlət başçısı bir daha vurğulamışdır ki, sosial layihələrin həyata keçirilməsi ölkənin iqtisadi inkişafı ilə bağlıdır. Belə ki, iqtisadi inkişaf, yüksək gəlir əldə olunmasa, sosial sahəyə yönəltmək üçün vəsait də tapılmaz. Ona görə də iqtisadi inkişaf sosial problemlərin həllini təmin edən əsas amil olaraq qalır.

Aparılan uğurlu iqtisadi islahatlar sayəsində ölkənin builki inkişaf göstəriciləri də yüksəkdir. Ölkə üzrə ümumi iqtisadi artım 2, qeyri-neft iqtisadiyyatında 3,5 faizdən çoxdur. Qeyri-neft sənayesində isə bu artım 14 faizdir. Qeyri-neft sənayesinin belə sürətli inkişafı ölkənin neftdən asılılığını tədricən aradan qaldıracaq. Bununla yanaşı, iqtisadiyyatımızda coğrafiyasına, qeyri-neft sektorunda çəkisinə və məşğul əhalinin sayına görə yüksək yer tutan kənd təsərrüfatında da artım 7 faizdən çoxdur.

11 ayın nəticələrinə görə, ölkə üzrə inflyasiya təqribən 2,6 faizdir. Xarici ticarət dövriyyəsində qeyri-neft ixracatı təqribən 14-15 faiz artıb. Dövlətin xarici borcu azalaraq ümumi daxili məhsulun 17 faizini təşkil edir ki, bu da dünya üzrə 9-cu göstəricidir. Ölkəmizin valyuta ehtiyatları 50 milyard dollara çatıb və bu da rekord nailiyyətdir. Belə halın təkcə iqtisadi deyil, həm də siyasi uğurumuz olduğunu deyən dövlət başçısı vurğulamışdır ki, iqtisadi müstəqillik həm də siyasi müstəqilliyimizin təminatıdır.

Prezident gələn il sosial sahədə görüləcək işlər barədə məlumat verərək bildirmişdir ki, sosial layihələrin həyata keçirilməsi sırf iqtisadi inkişafla bağlıdır. Görünən odur ki, növbəti ildə də əldə olunacaq əlavə gəlirlərin böyük əksəriyyəti sosial layihələrin icrasına istiqamətləndiriləcək. Prezident qeyd etmişdir ki, gələn il də xüsusilə sosial cəhətdən həssas təbəqələrin ehtiyacları diqqət mərkəzində olacaq.

Dövlət başçısı müsahibəsində onu da xatırlatmışdır ki, təkcə cari il məcburi köçkünlər üçün 5 mindən çox ev tikilib, 800-ə yaxın şəhid ailəsi, müharibə əlili evlərlə təmin edilib. Artıq 7 mindən çox şəhid ailəsi dövlətin bu qayğısından yararlanıb. Bununla yanaşı, 6 mindən çox müharibə əlilinə fərdi avtomobil verilib.

Rüstəm KAMAL,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM