Alternative content

09:43 01 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
03:04 01.06.2020 “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 72-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1648-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” 2019-cu il 21 avqust tarixli 814 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” 2019-cu il 25 dekabr tarixli 902 nömrəli və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
03:01 01.06.2020 “Yol hərəkəti haqqında”, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Məşğulluq haqqında”, “Dövlət rüsumu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 71-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 22 noyabr tarixli 24 nömrəli, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 5 avqust tarixli 1569 nömrəli, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 24 avqust tarixli 233 nömrəli, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 26 dekabr tarixli 621 nömrəli və “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2009-cu il 25 dekabr tarixli 206 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
02:25 01.06.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gəncliyə nümunə və dəstək olan Lider
Gəncliyə nümunə və dəstək olan Lider
ANA SƏHİFƏ / SİYASƏT
00:42 26.12.2019


İnkişafın yazılmamış bir qanunauyğunluğu var: hər mərhələ kifayət qədər möhkəmlənməlidir ki, növbəti mərhələ üçün təməl ola bilsin. Bu proses iki cür irəliləyə bilir: üsyan və ya islahat. Birinci halda, bərkiməmiş, zəif postament üzərinə nə qədər sağlam bir mərhələ gəlirsə gəlsin, uçulmağa məhkum olur. Belə halda xalq dərin böhrana düşür, dövlətə, gələcəyə inamını itirir. Yaxud möhkəm təmələ aldananlar növbəti addıma zərurət görmür, nəticədə yenə də durğunluq yaranır, hərəkətverici qüvvə sərf olunmadan toplanır və cəmiyyətdə sıxılmış yay effekti formalaşmağa başlayır.

Məsələ burasındadır ki, növbəti addımın qarşısını almaq olmur, ən yaxşı halda onu gecikdirmək mümkündür. Nəticədə qüvvələr parçalanır, maraqlar toqquşur, qazanılanlar itirilir. Yəni növbəti mərhələ tənəzzülə uğrayır və inkişaf sıfırlanır. İkinci halda, hər uğur növbəti uğur üçün zəmin rolunu oynayır və proseslər zəncirvari şəkildə davam edir. Belə inkişafın başlıca amili dövlətin hərəkətverici qüvvəsi və güclü enerjisi olan gəncliyə düzgün nümunə olan və ona lazımi dəstək göstərən Liderdir. Mərhələlərin bir-birini əvəz etməsi isə islahatlar vasitəsilə baş verir. Bakı Dövlət Universitetinin yubileyində Prezident İlham Əliyev bunu çox böyük dəqiqliklə belə vurğulayır: "İslahatlar bizim şüurlu seçimimizdir. Elə fərz edə bilərik ki, nəyə lazımdır bu islahatlar? Onsuz da hər şey yolunda gedir, ölkə inkişaf edir, yeni müəssisələr açılır, abadlıq işləri görülür. Yox, struktur islahatları, siyasi islahatlar, iqtisadi islahatlar lazımdır”. İşin əhəmiyyətli məqamı məhz bundadır: gənclər qarşısında çıxış edən ölkə başçısı həm keçmişin təhlilini verir, həm özünü bir Lider kimi xarakterizə edir, həm də gənclərə uğurlu inkişafın yolunu göstərir.


Gənclik - inkişafın yeni nəfəsi


Azərbaycan müstəqillik qazanandan sonra Ulu Öndərin sabit inkişaf üçün əhəmiyyətli addımlar atması, əsrə səs salan müqavilələr imzalaması gənc dövlət üçün kifayət qədər möhkəm və sağlam bir təməl oldu. Bunu nəzərdə tutan Ulu Öndər 2003-cü ildə Azərbaycan xalqına müraciətində deyir: "İlk növbədə dövlətçiliyimizin əsasını təşkil edən ictimai-siyasi sabitliyə nail olmuş, milli birlik və qanunların aliliyinə söykənən vətəndaş cəmiyyətinin təməlini qoymuşuq. İkincisi, hər bir dövlətin, onun yaşamasının qayəsini təşkil edən ölkə iqtisadiyyatını yenidən qurmuşuq, inkişaf yoluna çıxarmışıq. Üçüncüsü, Azərbaycan xalqının istək və arzularının ifadəsi olan, özünün bütün müvafiq təsisatlarına malik güclü, demokratik dövlətimizi qura bilmişik, onun müstəqilliyinin dönməzliyini təmin etmişik”. Bununla belə, müasir dövrün tələbləri, qloballaşmanın çağırışları, müharibə vəziyyəti artıq növbəti mərhələnin gəlməsini tələb edirdi. Təbii ki, bu güclü və sabit təməl üzərində başlanacaq növbəti mərhələ layiqli bir rəhbərlə başlamalı idi. Bir xalqa 34 il rəhbərlik etmiş, onun mənəvi dəyərlərini, potensialını, psixologiyasını gözəl bilən, "öz mənalı həyatının düz 60 ilini xalqının bu günü və sabahı ilə yaşamış” Ümummilli Lider növbəti mərhələdəki başçının kimliyinin, şəxsiyyətinin böyük əhəmiyyətini gözəl dərk edirdi və zəruri addımı atdı - estafeti daha gənc bir Liderə etibar etdi: "O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu müraciətdə həm xalqa, həm onun gələcək liderinə, həm də gənc dövlətin gələcəyinə inam var idi.

Cənab İlham Əliyevin müstəqil Azərbaycanın yeni mərhələsinin qurucusu olması özündə bir neçə missiyanı ehtiva edirdi: milli identikliyin təminatçısı olan mənəvi dəyərləri, tarixi kökü və ənənələri qorumaq, dövrün sərt tələblərinə cavab vermək üçün irəli getmək və bununla da növbəti mərhələnin zəminini hazırlamaq. Əslində bu işin ağırlığını Ulu Öndər özünün 13 oktyabr 2003-cü ildə Azərbaycan Respublikası Gənclərinin III Forumuna müraciətində vurğulamışdı: "XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə görüləcək bu əzəmətli işlərin həyata keçirilməsinin əsas ağırlığı və məsuliyyəti isə bugünkü gənclərin üzərinə düşür. İnanıram ki, zəngin və dərin mənəviyyata sahib, vətənpərvər gəncliyi olan xalqımızın daha böyük, daha parlaq gələcəyi var. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətçiliyini yaşatmaq, onu qüdrətli etmək üçün siz, yüksək amallı Azərbaycan gəncləri daim hazır olmalısınız”. Bu, gənc respublikanın ən güclü hərəkətverici qüvvəsinə - gənclərə və təbii ki, onların yeni Liderinə bir çağırış idi.

Azərbaycanın yeni mərhələsi iki istiqamətdə davam etdi: beynəlxalq aləmdə özünü etibarlı tərəfdaş kimi təsdiqləmək və özünün gələcək strategiyasını təyin etmək. Bir ölkənin gücü onun iqtisadiyyatı, siyasəti ilə yanaşı, həm də onun insan resurslarındadır və onun böyük faizini məhz gənclər təşkil edir. 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə "Bakı Prosesi”nin əsası qoyuldu, 2012-ci ildə isə "Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyası qəbul edildi. Əslində "gələcəyə baxış” ifadəsini gəncliyə baxış kimi də təhlil etmək olar. Çünki bu proseslərin aparıcı qüvvəsi gənclər, onların malik olduğu güclü enerjidir. İnkişaf konsepsiyasında belə bir ifadə var: "Elmin maliyyələşdirilməsinə dövlət büdcəsi resursları ilə yanaşı, digər mənbələrin də cəlb olunması stimullaşdırılacaq ki, bu da, son nəticədə, elmi fəaliyyətlə məşğul olan işçilərin, o cümlədən gənclərin sosial müdafiəsini gücləndirəcək və "beyin axını”nın qarşısını alacaqdır”. Hər gənc olduğu cəmiyyətin bir elementidir və malik olduğu potensial, ilk növbədə, öz vətənində reallaşmağa cəhd edir. Burada əhəmiyyətli bir məqam var ki, bəzən onun olduğu məkan bu potensiala sığışmır və o daha geniş üfüqlərin axtarışına çıxır, yəni gənc ya öz ölkəsini tərk etməyə meyilli olur, ya da dağıdıcı qüvvəyə çevrilməyə başlayır. Deməli, "beyin axını”nın qarşısını almaq, ilk növbədə, gənclərin potensialı üçün geniş imkanların yaradılmasını nəzərdə tutur. Təsadüfi deyil ki, inkişaf konsepsiyasında əsas prioritetlər sırasında "2020-ci ildə Azərbaycanı iqtisadi və siyasi cəhətdən inkişaf etmiş, rəqabətqabiliyyətli ölkəyə” çevirmək məsələsi də durur. Məsələ burasındadır ki, nə qədər güclü orqanizm olursa olsun, davamlı enerji itkisi onu acizləşdirir və düşmən qüvvələrin marağına səbəb olur. Bəli, Azərbaycan gənci savadlı və istedadlıdır və buna görə "beyin axını”na yol vermək olmaz. Xarici qüvvələrin də bu səbəbdən ilk hədəfi məhz gənclər olur. Artıq 2020-ci ilin astanasında ölkə Prezidenti İlham Əliyev gənclərə xaricdən gələn təhlükə barədə xəbərdarlıq edib deyir: "Onlar gəncləri əsas hədəf seçiblər və gəncləri yoldan çıxarmaq istəyirlər, onların beyinlərini zəhərləmək istəyirlər, onları xalqa qarşı, Vətənə qarşı, ənənəvi dəyərlərə qarşı qaldırmaq istəyirlər. Alınmır və alınmayacaq. Çünki Azərbaycan gəncləri vətənpərvərdir, Vətəni sevəndirlər, Vətənə bağlıdırlar”.

Azərbaycanın inkişafında növbəti mərhələnin astanasında ölkə rəhbəri təməlin kifayət qədər möhkəm qurulduğunu, "yeni mərhələnin başlanğıcında” gənclərin bu əhəmiyyətli addıma hazır olduğu ismarıcını verir. İlham Əliyev deyir: "Təcrübə, bilik və gənclərin dinamizmi, novatorluğu, yeniliyə, islahatlara meyilliliyi - bu sintez Azərbaycanda var. Həm cəmiyyətdə, həm iqtidarda var. Biz ənənəvi dəyərlər üzərində dövlət qururuq, böyük-kiçik var. Bunu biz qorumalıyıq, gənclər də məni eşitsinlər, daim böyük-kiçik məsələsinə fikir versinlər”. Bəli, növbəti mərhələ - növbəti uğurlu addımın qızıl qaydası yenə qorunur: milli ruha, kökə hörmət, bağlılıq, gənclərin potensialına güvən və onun reallaşması üçün yaradılan şərait. Prezident vurğulayır: "Mən bir dəfə demişəm, hələ Avropada o iqtisadi böhran baş alıb gedəndə dedim ki, biz haraya inteqrasiya etməliyik, böhrana? Haraya inteqrasiya etməliyik, "Stop islam!” deyənlərə? Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə? Mən artıq daha dərinə getmək istəmirəm. Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik. Ona görə Azərbaycanda yaşlı nəsil, gənc nəsil bir yerdə olmalıdır, necə ki, ali məktəblərdə. Baxın, indi Bakı Dövlət Universitetində minlərlə gənc var, müəllim var. Müəllimlər biliklərini bölüşürlər, gənclər öyrənirlər, sabah onların yerini tutacaqlar. Belə inkişaf etməliyik”. Lider mümkün təhlükəni digərlərindən tez görməklə kifayətlənmir, həm də irəliləmək üçün sağlam və əmin-aman yolu göstərir; yalnız kökə, ənənəyə bağlılığın əhəmiyyətini qeyd etmir, həm də dövrün tələblərinə cavab olaraq gəncləri irəli apara bilir.


Bilik, təhsil - davamlı inkişafın təminatı


İnkişafının düzgün istiqamətini seçmək uğurun başlanğıcı və yüksək nailiyyətin təminatıdır. Təbii ki, bu yolda çətinliklər də olur, maneələr çıxıb ruhdan da salır, ancaq əldə olunan uğur bu maneələri keçməyə kömək edir, gücü daha da artırır. Bu istiqamətin seçimi iki cür olur: ya fərd yalnız öz şəxsi maraqlarını nəzərə alır və bütün xalqa məcburi şəkildə qəbul elətdirir, ya da xalqın potensialını, milli ruhun tarixi inkişaf yolunu nəzərə alır. Yəni birində mərkəz nöqtədə fərd durur və həmin yolun ömrü o fərdin hakimiyyəti illəri qədər olur. Növbəti mərhələdə başlanan yol artıq onun davamı ola bilmir və nəticədə xalq öz inkişafında az qala bir nəsil geri düşür, hətta sıfırdan başlamalı olur. Digərində isə mərkəzdə xalq və dövlət durur. Bu prosesin hərəkətverici qüvvəsi gənclər, onun uğurlu nəticəsinin təminatı isə Lider olur.

Əslində, gənclik kimi möhtəşəm potensialı, enerjini öz arxası ilə apara bilmək də böyük hünər və bacarıq tələb edir. Bu baxımdan, Liderliyin ilk və danılmaz göstəricisi öz şəxsiyyəti, təhsili və təcrübəsi ilə nümunə ola bilməkdir. Müasir Azərbaycanın uğurunun ən böyük göstəricisi məhz budur. Məsələ burasındadır ki, Lider yalnız öz xalqını tanımaqla onun gəncinə düzgün yol göstərə bilər; o, öz xalqı ilə eyni ruha sahib olmalıdır ki, xalq ona inansın, onun arxası ilə getməyə razı olsun. Bu baxımdan, ölkəmizin rəhbərinin üzünü məhz gənclərə tutub bu tövsiyələri verməsi bir zərurətdir və bu tövsiyədə xalqın kimliyinin ən vacib xüsusiyyətlərini vurğulayır: "Biz ənənəvi cəmiyyətdə yaşayırıq və yaşamalıyıq. Qadınlara hörmət etməliyik, biz onları qorumalıyıq, onları müdafiə eləməliyik. Onlar bizi yox, biz onları. Gender bərabərliyi var, biz də bunu qəbul edirik. Amma biz ənənəvi düşüncədən kənarda yaşaya bilmərik və gənc nəsil də bunu bilsin. Yaşlılara hörmət olunmalıdır, yaşına görə. İndi bəziləri istəyirlər ki, bizim lüğətimizdən "ağsaqqal”, "ağbirçək” sözləri çıxsın, necə ki, bəzi ölkələrdə. Onlara baxanda adam dəhşətə gəlir. Sonra da bizə deyirlər ki, gəlin bizə inteqrasiya edin”. Əslində, cənab İlham Əliyev bir neçə kəlmə ilə Azərbaycanın haradan gəlib hara getməli, hansı dəyərlərə xidmət etməli olduğunu, bir sözlə desək, uğur və bərəkəti harada axtarmağı göstərir.

Gənclərin öz ölkəsinə yararlı kadr kimi yetişməsi üçün, ilk növbədə, ona mükəmməl savad verilməlidir. Bu vacib amilə Ulu Öndər də önəm verib, müasir dövrün Lideri olan İlham Əliyev də. Məsələn, dövlət başçısının da verdiyi məlumata görə, Ulu Öndər "Azərbaycan gənclərinin Sovet İttifaqının aparıcı ali məktəblərində oxuması üçün böyük səylər göstərmişdi və bu, unikal xarakter daşıyırdı. Çünki sovet məkanında buna oxşar təcrübə yox idi. Hər il təqribən 800-ə yaxın Azərbaycan gənci Bakıda imtahanlar verməklə Sovet İttifaqının Moskva, Leninqrad və digər böyük şəhərlərindəki aparıcı ali məktəblərinə ezam edilmişdir. Beləliklə, Azərbaycanın gələcəyi üçün güclü kadr potensialı yaradılırdı”. Eyni ənənə bu gün də davam edir: "Tələbələrə də sözüm budur ki, bilikli olsunlar. ...Əgər bilik olmasa, savad olmasa, müasir dünyada bu, əhəmiyyətsiz bir şeydir. ...Bilik, savad - gənclərin yaxşı gələcəyini, təminatlı gələcəyini müəyyən edən budur”. Təbii ki, söhbət müəyyən ixtisas üzrə biliklərin alınması ilə yanaşı, həm də öz xalqının milli-mənəvi dəyərlərini, milli ruhunu tanımaqdan, tarixi kökünü və kimliyi dərk etməkdən gedir. Bunu yeni Liderin gənclərə xitabının bütünlüklə ruhunda sezmək mümkündür.


Nəticə


Gənc bir xalqın hərəkətverici qüvvəsi, eyni zamanda, dövlət adlı imarətin kərpicidir. Bu kərpiclər nə qədər sağlam olarsa, bir o qədər qurulan divar, bina möhtəşəm və möhkəm olar. Burada ən vacib məqam budur ki, inkişaf, quruculuq dayanmamalıdır. Ölkə rəhbərinin qeyd etdiyi kimi, "Kadr islahatları gedir, bu da zərurətdir, durğunluq yarada bilmərik, sovet dövrünün durğunluğu hələ ki, yadımızdan çıxmayıb. Ona görə kadr islahatları aparılmalıdır, ancaq təkamül yolu ilə, təbii yolla, burada da heç bir əyintilərə yol vermək olmaz”. Lider qurucudur, rəhbərdir, nümunədir. Gəncləri öz nümunəsi əsasında yönləndirən də odur, inkişaf istiqamətini düzgün seçib onları hərəkətverici qüvvəyə çevirən də, hər mərhələni növbəti mərhələ üçün təməl kimi hazırlayan da.

Könül BÜNYADZADƏ,

AMEA-nın müxbir üzvü




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM