“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1718-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1718-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və "Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 92) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.1.3 - 1.1.6-cı, 1.1.9-cu, 1.2.2-ci, 1.2.4-cü, 1.3.3-cü, 1.3.4-cü, 1.3.6-cı yarımbəndlər, 2-ci, 3-cü və 4-cü hissələr, 5.1.1 - 5.1.4-cü, 5.1.6-cı yarımbəndlər ləğv edilsin;
1.2. 1.1.7-ci yarımbənddə "maliyyələşdirilməsi” sözü "göstərilməsi” sözü ilə əvəz edilsin;
1.3. 1.3.1-ci yarımbənddə "tibb təchizatçıları və ya tibbi ərazi bölmələri” sözləri "tibb müəssisələri” sözləri ilə əvəz edilsin;
1.4. 1.3.2-ci yarımbənddən "statistik məlumatların təqdim edilməsi və” sözləri çıxarılsın;
1.5. 1.3.5-ci yarımbənddə "tibbi ərazi bölməsinə” sözləri "dövlət tibb müəssisəsinə” sözləri ilə əvəz edilsin;
1.6. 1.3.7-ci yarımbənddə "iqtisadi” sözü "tibbi-iqtisadi” sözləri ilə əvəz edilsin;
1.7. 6.1-ci, 6.2-ci, 6.3-cü, 6.8-ci, 6.9-cu, 6.10-cu, 6.12-ci və 6.13-cü bəndlər aşağıdakı redaksiyada verilsin:
"6.1. "Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci, 1.0.13-cü, 1.0.14-cü, 7.2-ci, 15-2.2.1-ci, 15-3.1- 15-3.3-cü, 15-4.1.6-cı, 15-5.1.1-ci, 15-6.1-ci, 15-6.2-ci, 15-6.3-cü, 15-7.1.3-cü, 15-7.1.4-cü, 15-7.2.4-cü, 15-7.2.5-ci, 15-9.1.8-ci, 15-9.1.11-ci maddələrində, 15-9.2-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 15-10.1.2-ci, 15-10.2-ci (hər iki halda), 15-11.2-ci, 15-11.3-cü, 15-11.4-cü, 15-11.5-ci, 15-11.7-ci, 15-11.9-cu, 15-13.1-ci, 15-13.2-ci, 15-14-cü, 15-15.1-ci, 15-15.2-ci, 15-16.0-cı, 15-17.3-cü, 15-17.4-cü, 15-18.2-ci, 15-19-cu, 15-20.1-ci, 15-21.1.3-cü, 15-21.1.4-cü maddələrində, 15-21.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 15-21.5-ci, 15-23.2-ci, 15-24.1-ci, 15-24.2-ci, 15-25.1-ci, 15-26.1-ci maddələrində, 15-26.3-cü və 15-26.4-cü maddələrinin ikinci cümlələrində, 15-27.1-ci, 15-27.2-ci, 16-1.1-ci, 16-1.2-ci maddələrində, 16-3-cü maddəsinin birinci (hər üç halda) və ikinci cümlələrində, 16-4.1-ci və 16-4.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
6.2. həmin Qanunun 15-2.2.1-ci, 15-9.1.11-ci, 15-10.1.2-ci, 15-21.1.4-cü maddələrində və 15-21.3-cü maddəsinin ikinci cümləsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
6.3. həmin Qanunun 15-3.1-ci, 15-6.3-cü, 15-9.1.8-ci, 15-11.9-cu, 15-13.2-ci, 15-15.1-ci, 15-15.2-ci, 15-17.3-cü, 15-17.4-cü, 15-19-cu, 15-21.5-ci, 15-23.2-ci, 15-24.2-ci, 15-25.1-ci maddələrində, 15-26.3-cü və 15-26.4-cü maddələrinin ikinci cümlələrində, 15-27.2-ci, 16-4.1-ci və 16-4.2-ci maddələrində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;
"6.8. həmin Qanunun 15-11.2-ci maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;
6.9. həmin Qanunun 15-11.3-cü, 15-11.4-cü, 15-11.5-ci, 15-11.7-ci və 15-24.1-ci maddələrində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
6.10. həmin Qanunun 15-6.2-ci maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (həmin Qanunun 15-2.2.1-ci maddəsinə münasibətdə) və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (həmin Qanunun 15-2.2.2-ci və 15-2.2.3-cü maddələrinə münasibətdə) nəzərdə tutulur;”;
"6.12. həmin Qanunun 1.0.5-ci, 1.0.13-cü, 15-3.2-ci, 15-3.3-cü, 15-4.1.6-cı, 15-5.1.1-ci, 15-6.1-ci, 15-7.1.3-cü, 15-7.1.4-cü, 15-7.2.4-cü, 15-7.2.5-ci, 15-10.2-ci (ikinci halda), 15-13.1-ci, 15-14-cü, 15-16.0-cı, 15-18.2-ci, 15-20.1-ci, 15-21.1.3-cü maddələrində, 15-21.3-cü maddəsinin birinci cümləsində, 15-26.1-ci, 15-27.1-ci, 16-1.1-ci və 16-1.2-ci maddələrində "orqan (qurum)” dedikdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur;
6.13. həmin Qanunun 1.0.14-cü maddəsində "orqan (qurum)” dedikdə tabeliyindəki Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi qismində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur;”;
1.8. 6.4-cü və 6.7-ci bəndlərdə "Respublikası Prezidentinin Xüsusi” sözləri "Respublikasının Xüsusi” sözləri ilə əvəz edilsin;
1.9. aşağıdakı məzmunda 6.14 - 6.17-ci bəndlər əlavə edilsin:
"6.14. həmin Qanunun 15-9.2-ci maddəsinin ikinci cümləsində "orqan (qurum)” dedikdə vəsaitin bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Prezidenti (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularına münasibətdə) və Azərbaycan Respublikasının Nazirlər Kabineti (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işçilərinə münasibətdə) nəzərdə tutulur;
6.15. həmin Qanunun 15-9.2-ci maddəsinin birinci cümləsində (ikinci halda) "orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur;
6.16. həmin Qanunun 15-9.2-ci maddəsinin birinci cümləsində "orqanın (qurumun) maddi-texniki bazası” dedikdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin maddi-texniki bazaları nəzərdə tutulur;
6.17. həmin Qanunun 15-9.2-ci maddəsinin birinci cümləsində "orqanın (qurumun) işçiləri” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işçiləri nəzərdə tutulur.”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. "Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-17.4-cü maddəsinə uyğun olaraq, xidmətlər zərfini on gün müddətində müəyyən etsin;
2.2. həmin Qanunun 16-4.1-ci maddəsinə uyğun olaraq, icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığını üç gün müddətində müəyyən etsin;
2.3. üç ay müddətində:
2.3.1. həmin Qanunun 7.2-ci maddəsində nəzərdə tutulmuş "orqan (qurum)” ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3.2. həmin Qanunun 15-6.3-cü maddəsinə uyğun olaraq, sığortaolunanların fərdi uçotunun aparılması qaydasını müəyyən etsin;
2.3.3. həmin Qanunun 15-9.1.8-ci maddəsinə uyğun olaraq, borcun cəlb edilməsi qaydasını müəyyən etsin;
2.3.4. həmin Qanunun 15-13.2-ci maddəsinə uyğun olaraq, icbari tibbi sığorta şəhadətnaməsinin nümunəvi formasını müəyyən etsin;
2.3.5. həmin Qanunun 15-15.1-ci maddəsinə uyğun olaraq, şəxslərin dövlət tibb müəssisəsinə təhkim olunması qaydasını müəyyən etsin;
2.3.6. həmin Qanunun 15-17.3-cü maddəsinə uyğun olaraq, tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılması meyarları və qaydasını müəyyən etsin;
2.3.7. həmin Qanunun 15-21.5-ci maddəsinə uyğun olaraq, sığorta ehtiyatlarının yaradılması və onlardan istifadə qaydasını müəyyən etsin;
2.3.8. həmin Qanunun 15-23.2-ci maddəsinə uyğun olaraq, icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərinin hesablanması qaydasını müəyyən etsin;
2.3.9. həmin Qanunun 15-24.2-ci maddəsinə uyğun olaraq, sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət qaydasını müəyyən etsin;
2.3.10. həmin Qanunun 16-4.2-ci maddəsinə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına sığorta haqqının mərhələli şəkildə ödənilməsi qaydasını müəyyən etsin;
2.4. "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin;
2.5. bu Fərmanın 2.1 - 2.3-cü bəndlərində (2.3.1-ci yarımbənd istisna olmaqla) nəzərdə tutulan tapşırıqların icrası barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 2.2-ci bəndi ilə müəyyən ediləcək icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığına uyğun olaraq əhalinin sayına müvafiq hesablanmış sığorta haqqının, habelə "Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16-4.1-ci maddəsinə əsasən icbari tibbi sığortanın mərhələli tətbiqini nəzərə alaraq icbari tibbi sığorta ilə əhatə olunmayan inzibati ərazi vahidlərinin səhiyyə xərclərinin dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdirilməsini təmin etsin.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi "Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-11.3-cü, 15-11.4-cü, 15-11.5-ci və 15-11.7-ci maddələrinə uyğun olaraq, bəyannamənin formasını İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etsin.
5. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi:
5.1. "Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.14-cü maddəsinə uyğun olaraq, tibbi ərazi bölmələrinin formalaşdırılmasını bir ay müddətində təmin etsin;
5.2. "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
6. Bu Fərmanın 1-ci hissəsi 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 dekabr 2019-cu il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mart
ABF rəsmisi: "Böyük İpək Yolu" turnirinin Bakıda keçirilməsi boksun ölkəmizdə inkişafının təzahürüdü...
28 Mart
Manə Mollayeva : Xallar əldə etmək üçün vuruşacağıq
28 Mart
Yekun qərar qəbul edilməyib - Emin Ağalarov
28 Mart
Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
28 Mart
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
28 Mart
Biz unutmuruq, tarix də unutmasın...
28 Mart
Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib ...
28 Mart
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
28 Mart
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir ...
28 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!