Alternative content

11:05 22 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:20 22.09.2020 Qəhrəmanlıq nümunəsi
00:16 22.09.2020 BİLDİRİŞ
00:16 22.09.2020 BİLDİRİŞ
00:16 22.09.2020 BİLDİRİŞ
00:13 22.09.2020 BİLDİRİŞ
00:13 22.09.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Son səfər” povestinin təqdimatı keçirilib
“Son səfər” povestinin təqdimatı keçirilib
ANA SƏHİFƏ / Mədəniyyət
00:34 26.12.2019


Dekabrın 24-də Milli Kitabxanada Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə yazıçı-publisist, professor Hüseynbala Mirələmovun böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş "Son səfər” povestinin təqdimatı keçirildi. Həmçinin Milli Kitabxananın "Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi "İmadəddin Nəsimi. Biblioqrafiya” kitabı və "İmadəddin Nəsimi-650” Elektron məlumat bazası ictimaiyyətə təqdim olundu.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov təqdimatı keçirilən kitabın əlamətdar günə, Prezident İlham Əliyevin doğum gününə təsadüf etdiyini söyləyərək ölkə rəhbərinə xoş arzularını ifadə etdi. İmadəddin Nəsiminin ədəbi irsinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini söyləyən Kərim Tahirov Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə UNESKO səviyyəsində Nəsiminin 600 illik yubileyinin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2017-ci ildə, Parisdə UNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyinin, 2018-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə ilk dəfə Nəsimi İncəsənət Festivalının, o cümlədən 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən respublikamızda və onun hüdudlarından kənarda Nəsiminin 650 illik yubileyinə və "Nəsimi ili”nə həsr olunmuş genişmiqyaslı tədbirlərin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını, böyük mütəfəkkir İmadəddin Nəsiminin Azərbaycan şairi kimi dünyada tanıdılmasında xüsusi rolu olduğunu bildirdi.

Prezident İlham Əliyevin doğum günündə belə təqdimatın keçirilməsini yüksək qiymətləndirən Mədəniyyət naziri Əbülfəs Qarayev dedi ki, dövlət başçısının uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan dünya səviyyəsində nümunəyə çevrilib. Ölkəmiz regionun qabaqcıl dövlətləri sırasındadır. Tədbir iştirakçıları adından ölkə rəhbərini təbrik edən nazir 2019-ci ilin "Nəsimi ili” elan olunmasını bütövlükdə mədəniyyətimizin uğuru kimi dəyərləndirdi.

Ölkə rəhbərliyi səviyyəsində Nəsimi yaradıcılığına daim diqqət göstərildiyini deyən nazir qeyd edib ki, Ümummilli Liderin qətiyyəti sayəsində Bakıda Nəsiminin heykəli ucaldılıb, bədii film çəkilib, adına metrostansiya açılıb və rayon verilib, onun əsərləri ana dilində kütləvi çap olunub. Müstəqillik dövründə isə Prezident İlham Əliyevin imzaladığı sərəncamların şairin əsərlərinin çapında, dünyada təbliğində mühüm rol oynadığını söyləyən Mədəniyyət naziri ölkə rəhbərliyinin təşəbbüsü ilə Nəsimi irsinin daha geniş şəkildə tədqiq və təbliğ olunduğunu söyləyib.

Əbülfəs Qarayev dedi ki, "Nəsimi ili” çərçivəsində silsilə tədbirlər davam edir. "Nəsimi ili”nə töhfə olan daha bir incəsənət layihəsi dekabrın 27-də təqdim olunacaq. Həmin gün Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq artisti, professor Firəngiz Əlizadənin "Nasimi passion” əsəri əsasında vokal-xoreoqrafik tamaşanın nümayişi nəzərdə tutulub. Nazir qeyd etdi ki, bu il Nəsimi ilə bağlı çap olunan əsərlər içərisində tanınmış yazıçı Hüseynbala Mirələmovun "Son səfər” povesti xüsusi yer tutur.

Daha sonra İmadəddin Nəsimi haqqında film nümayiş etdirildi.

AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxışında bildirdi ki, "Nəsimi ili” çərçivəsində təkcə AMEA-da 30-a yaxın kitab çap olunub və həmin kitablarda Nəsiminin yaşadığı dövr və özündənsonrakı nəsillərə nüfuz edən fəlsəfi ideyaları öz əksini tapıb. Akademik çıxışında onu da qeyd edib ki, Azərbaycan xalqının ölməz humanist şairi İmadəddin Nəsimiyə həsr olunmuş bu kitablar gələcək nəsillərə ərmağandı və nə qədər ki Azərbaycan xalqı var, Nəsimi də yaşayacaq.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov çıxışında İmadəddin Nəsiminin zəngin yaradıcılığından söhbət açaraq, onun yaradıcılığında həm özünün şəxsiyyəti, ideologiyası, həm də dili və milli-mənəvi mənliyinin dayandığını qeyd etdi. Akademik bildirdi ki, Azərbaycan, fars və ərəb dillərində çoxsaylı əsərlərin müəllifi olan Nəsiminin yaradıcılığı dilçilik, eləcə də Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından xüsusi əhəmiyyətə malikdir.

Nizami Cəfərov bildirdi ki, Xalq şairi Qabilin "Nəsimi” poemasından, Xalq yazıçısı İsa Hüseynovun "Məhşər” romanından sonra "Son səfər” povesti Nəsimi ilə bağlı Azərbaycan ədəbiyyatında yer alan dəyərli əsərlərdən biridir. Şairin Şamaxı ilə bağlılığını təsdiq edən bu əsərdə Nəsimiyə tamamilə yeni ideya-estetik mövqedən yanaşmaq təşəbbüsü özünü göstərir. Əsərdə müəllif şair-mütəfəkkirin taleyinə, əgər belə demək mümkünsə, adi bir insan olaraq nəzər salmağın təcrübəsini təqdim edib. Bütövlükdə Hüseynbala Mirələmovun istedadlı qələmi Nəsimi haqqındakı təsəvvürlərimizi xeyli genişləndirən yeni bir ədəbi abidə yaratmaqla dahi şəxsiyyəti mənsub olduğu xalqa daha da yaxınlaşdırır, doğmalaşdırır.

Milli Məclisin komitə sədri, professor Hadi Rəcəbli bildirdi ki, hörmətli yazıçımız Hüseynbala Mirələmovun "Son səfər” povesti İmadəddin Nəsimi ilə əlaqədar yeni tarixi mərhələnin ilk parlaq bədii əsəri kimi əhəmiyyətlidir. Əsərdə İmadəddin Nəsimi danışığından tutmuş rəftarına, insanlarla münasibətlərinə, həyəcanlarına və narahatlığına qədər sevgisi və nifrəti ilə zəngin mənəviyyata malik sadə və müdrik bir insan qismində təqdim olunmuşdur.

Hadi Rəcəbli onu da qeyd etdi ki, Hüseynbala Mirələmov povestdə Şahxəndanın da bədii obrazını yaratmaqla Şamaxı qəbiristanlığında məqbərəsi ucalan bu şəxsiyyətə həyat vəsiqəsi vermişdir. Əsərdə Şahxəndanın dünyagörüşü, ayıq-sayıq olması haqqındakı hadisələr həm də Nəsimilər şəcərəsinin ümumi səviyyəsi, xüsusən də Seyid Əli İmadəddin Nəsiminin hansı mühitdə yetişib formalaşması barədə daha aydın qənaətlərin yaradılmasına xidmət edir.

"Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov dedi ki, hələ 50 il əvvəl Ulu Öndər Heydər Əliyevin sayəsində Nəsiminin 600 illik yubileyi dünya səviyyəsində qeyd edildi. Bu il isə möhtərəm Prezident İlham Əliyevin təşəbbüsü ilə böyük şairin 650 illik yubileyi Azərbaycanda və dünyada qeyd olunur. 2019-cu ilin "Nəsimi ili” elan edilməsi Prezident İlham Əliyevin ədəbi və milli dəyərlərimizə yüksək ehtiramının növbəti təcəssümüdür. Eyni zamanda bu, Nəsimi irsinin həm daha dərindən öyrənilməsi, həm də dünyada təbliği baxımından mühüm əhəmiyyət kəsb etdi. Dünya bir daha gördü ki, Azərbaycanda hələ neçə əsr bundan əvvəl dahi mütəfəkkirlər, öz əqidəsi uğrunda ölümün gözünə dik baxan insanlar yaşayıblar.

Bəxtiyar Sadıqov dedi ki, "Nəsimi ili”ndə çoxsaylı, rəngarəng və bir-birindən maraqlı tədbirlərin keçiriləcəyi, görkəmli şairimizin əsərlərinin yenidən çap olunacağı, həmçinin Nəsimiyə həsr olunmuş yeni əsərlərin yazılacağı məlum idi. Bu sırada yazıçı Hüseynbala Mirələmovun "Son səfər” povesti onun "Nəsimi ili”nə verdiyi qiymətli ədəbi-bədii töhfədir. Diqqətə çatdırıldı ki, Hüseynbala Mirələmov Nəsiminin Şamaxıdakı həyatı ilə bağlı qələmə aldığı bu povesti tamamladıqdan sonra ilk olaraq yanvar ayında "Azərbaycan” qəzetinin redaksiyasına təqdim etmişdi. Çox yerinə düşən bu gözəl əsərin oxucular tərəfindən maraqla qarşılanacağı nəzərə alınıb hissə-hissə "Azərbaycan”ın səhifələrində dərc edildi. Əsərdə Şamaxı mühiti, Nəsiminin həyatının bu şəhərlə bağlı hissəsi olduqca gözəl bədii lövhələrlə göstərilib.

Yazıçılar Birliyinin katibi, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu və professor Rüstəm Kamal çıxış edərək İmadəddin Nəsiminin zəngin ədəbi irsindən geniş söhbət açdılar, onun böyük söz sənətkarı və mütəfəkkiri olaraq, bir çox türk xalqlarının ədəbiyyatına və poeziya dilinə güclü təsir göstərdiyini söylədilər. Bildirildi ki, yazıçı Hüseynbala Mirələmov "Son səfər” povestində şair-mütəfəkkir Nəsimini hər şeydən əvvəl XX əsrin ikinci yarısının ədəbiyyatında yaradılmış ideal insandan daha çox təbii və kamil insan kimi təsvir edib. Bu mənada "Son səfər” povesti Nəsimi ilə bağlı yeni tarixi mərhələnin ilk parlaq bədii nümunəsi kimi olduqca əhəmiyyətlidir. Hüseynbala Mirələmovun Nəsimi mövzusuna ənənəvi yanaşmadan fərqli olaraq azərbaycançılıq mövqeyindən müraciət etməsi, böyük sənətkarı hər cür dini-ideoloji baxışdan uzaq, həyati şəkildə, təbii insan obrazı kimi oxuculara çatdırması əsərin yüksək bədii məziyyətləri kimi təqdir olundu. Gənc şair Sevindik Nəsiboğlu isə İmadəddin Nəsimiyə həsr etdiyi şeiri oxudu.

Sonda Hüseynbala Mirələmov çıxış edərək bildirdi ki, 2019-cu ilin "Nəsimi ili” elan olunması Nəsimi sözünə, onun öz poetik inciləri ilə inkişaf etdirdiyi ana dilimizə, bu iki cahan günəşinin təlqin etdiyi bəşəri ideyalara verilən yüksək dəyərdir. "Nəsimi ili” həm də söz mülkünün bu qüdrətli sultanını dərindən anlamaq, anlayıb təlqinlərinə əməl etmək, əməl edib onun bələdçiliyi ilə kamilliyə doğru yola çıxmaq üçün bir fürsət ilidir.

Yazıçının sözlərinə görə, uzun dövrlər ərzində qalaqlanaraq yığılmış qeydlərini ötən ilin oktyabrında toplayaraq "Son səfər” povesti üzərində çalışmağa başlayıb və bu ilin əvvəlində əsəri başa çatdırıb. "Bundan bir neçə gün sonra isə 2019-cu ilin Prezident tərəfindən "Nəsimi ili” elan edilməsini eşidəndə sevindim” deyən Hüseynbala Mirələmov qeyd etdi ki, bu əsər onun "Nəsimi ili”nə verdiyi ədəbi töhfə oldu.

Hüseynbala Mirələmov kitabın təqdimatına görə Mədəniyyət Nazirliyinə və Milli Kitabxananın kollektivinə təşəkkürünü bildirdi.

Rəşad CƏFƏRLİ,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM