Alternative content

12:02 19 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Paytaxt məktəblilərinin müəllifi olduğu yeni kitab çap edilib
Paytaxt məktəblilərinin müəllifi olduğu yeni kitab çap edilib
ANA SƏHİFƏ / Mədəniyyət
00:33 26.12.2019


Bu ilin əvvəlində Bakı Şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş paytaxt məktəbliləri arasında "Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktiki konfranslar keçirilmiş və bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri barədə öz elmi məqalələri ilə çıxışlar etmişlər. Yekun konfransında rayonlar üzrə təqdim olunan işlərin ən yaxşıları seçilərək kitab şəklində çap olunması qərara alınmış və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə "Heydər Əliyev və Azərbaycan tarixi” adlı kitab işıq üzü görmüşdür.

Bakı Şəhər İcra Hakimiyyətinin iclas zalında Bakı Şəhər İcra Hakimiyyəti və paytaxt üzrə təhsil idarəsinin məsul nümayəndələri, konfranslarda qalib seçilmiş məktəblilər, onların elmi rəhbərləri, paytaxt RİH-lərinin məsul əməkdaşları və bir sıra orta məktəblərin rəhbərləri, KİV nümayəndələrinin iştirakı ilə şagirdlərin özlərinin sədrlik etdiyi təqdimat mərasimi keçirilmişdir.

Təqdimat mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev, Səbail rayonu 6 nömrəli məktəbin direktoru, Əməkdar müəllim Gülşən Orucova, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirinin müavini Ədalət Teymurov, 132-134 nömrəli Təhsil Kompleksinin müəllimi Aygün Əfəndiyeva, Binəqədi rayonu 297 nömrəli orta məktəbin şagirdi Əntiqə Niftəliyeva və başqaları rayonlarda keçirilən konfranslar, şagirdlərin hazırladıqları referatlar barədə məlumat verərək bildiriblər ki, əsas məqsəd orta məktəb şagirdləri arasında tariximizə, mədəniyyətimizə, keçmişimizə və tarixi şəxsiyyətlərimizə, milli-mənəvi dəyərlərimizə diqqət və marağı artırmaq, şagirdlərə elmi araşdırma və tədqiqat aparmaq, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmək bacarığı aşılamaqdır. Konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan tarixində rolu barədə elmi məqalələri ilə çıxışlar ediblər. Son nəticədə isə belə bir kitab işıq üzü görmüşdür.

Qeyd olundu ki, Bakı şəhər məktəblərində keçirilən konfranslarda Azərbaycan tarixinin müxtəlif dövrlərinə həsr olunan, 1116 nəfər şagirdin hazırladıqları monoqrafiyaların paytaxtın hər rayonundan 5 referat olmaqla ümumilikdə 60 iş komissiya tərəfindən seçilərək Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunan yeni kitaba daxil edilib.

Tarix konfransları və yekunda kitab çap edilməsinin ənənəvi olması qərara alınmışdır.

Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM