Alternative content

12:08 22 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
11:25 22.09.2020 Birjalarda neftin qiyməti
00:20 22.09.2020 Qəhrəmanlıq nümunəsi
00:16 22.09.2020 BİLDİRİŞ
00:16 22.09.2020 BİLDİRİŞ
00:16 22.09.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qarabağla bağlı sənədli filmlər təqdim olunub
Qarabağla bağlı sənədli filmlər təqdim olunub
ANA SƏHİFƏ / Mədəniyyət
22:28 25.12.2019

Dekabrın 25-də Bakıda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) Gənclər İctimai Birliyi tərəfindən istehsal olunmuş "Zəngilan-virtual səyahət” 3D qrafik təsvirli filmin, türk və fransız dillərində "Qarabağ-əcdadlarımızın mirası” sənədli filminin və Google Arts & Culture onlayn platformasında Qarabağ mövzusunda sərgilərin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimindən əvvəl rəssam-memar, Əməkdar incəsənət xadimi, professor Elturan Avalovun Şuşaya həsr etdiyi "Şuşa Elturan Avalovun qrafikasında” qrafika sərgisinə baxış olub. Sərgi tədbir iştirakçıları və gənclər tərəfindən maraqla qarşılanıb.

Tədbiri giriş sözü ilə açan "Virtual Qarabağ” İKT Gənclər İctimai Birliyinin sədri, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev yeni layihələr barədə məlumat verib. Bildirib ki, Gənclər və İdman Nazirliyinin maliyyə, Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə 2 dildə - Azərbaycan və ingilis dillərində istehsal edilmiş "Zəngilan – virtual səyahət” 3D qrafik təsvirli filmi ictimai birliyin ötən illər ərzində işğal olunmuş ərazilərimizin 3 D formatında bərpası silsiləsindəndir. Film ölkəmizdə həm yeniyetmələrin, həm də gənclərin işğal altında olan torpaqlarımız barədə vizual maariflənməsinə xidmət edəcək. Filmdə işğal altındakı Zəngilan rayonunda olan bir sıra arxeoloji, tarixi–memarlıq, dini abidələr, işğaldan öncəki tikililər - Süsən dağındakı mağara, Alban məbədi, Qədim "Şəhri-Şərifan” yaşayış yeri yaxınlığında Şərifan sərdabəsi, Məmmədbəyli türbəsi, inzibati binalar, ticarət mərkəzləri, parklar qrafik təsvirlərlə bərpa olunaraq nümayiş etdirilir.

Nurəddin Mehdiyev qeyd edib ki, "Qarabağ-əcdadlarımızın mirası” sənədli filmi türkdilli və fransızdilli ölkələrin Qarabağın tarixi və bu günü barədə düzgün məlumat almasına xidmət edəcək. Filmdə Qarabağın yerləşdiyi coğrafi ərazi, onun təbiəti, əhalisi, mədəni irsi, Alban və İslam abidələri, burada mövcud olmuş qədim mədəniyyətlər haqqında, orta əsrlərdə, Xanlıq dövründə, XIX əsrdə, XX əsrin əvvəllərində, Azərbaycan Xalq Cümhuriyyəti və sovet hakimiyyəti zamanı Qarabağın vəziyyəti barədə, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizə dəymiş ziyanlar, işğaldan azad olunan yeni ərazilərdə quruculuq işləri haqqında fakta söykənən görüntülü məlumatlar türk və fransız dillərində təqdim olunur. O diqqətə çatdırıb ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutu ilə əməkdaşlıq çərçivəsində ərsəyə gələn sənədli film ötən il Azərbaycan, rus və ingilis dillərində təqdim olunub. Filmin ideya müəllifi və direktoru Nurəddin Mehdiyev, baş məsləhətçisi Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, ssenari müəllifi tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa və tarixçi Ramin Əlizadə, quruluşçu rejissoru Teymur Nəcəfzadədir.

Filmlərin nümayişindən sonra çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov bildirib ki, yaşadığımız qlobal informasiya cəmiyyəti yüksək texnologiyalardan istifadə edərək ölkəmiz haqqında dünya ictimaiyyətinə düzgün informasiyanın çatdırılmasını tələb edir. Bu baxımdan Azərbaycan, o cümlədən Qarabağ haqqında müasir və baxımlı, tarixi faktlara əsaslanan sənədli filmlərə ciddi ehtiyac duyulur.

Nazir qeyd edib ki, "Virtual Qarabağ” İKT Gənclər İctimai Birliyinin yaradılmasında əsas məqsəd Qarabağa dair mərkəzləşdirilmiş internet resurs bazasının qurulması, Azərbaycan Respublikasının Qarabağ bölgəsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə dolğun və düzgün məlumatlar verməkdir. İctimai birlik 2013-cü ildən başlayaraq Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əhəmiyyətli olan layihələrini ardıcıl olaraq ictimaiyyətə təqdim edir və internet üzərindən dünyaya yayır. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən bu layihələr, istehsal olunan məhsullar gənc nəslin Qarabağ, tarixi torpaqlarımız haqqında vizual məlumatlanmasına töhfə verir, eyni zamanda, erməni yalanlarına qarşı mübarizədə öz təsirini göstərir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov bildirib ki, "Virtual Qarabağ” İKT Gənclər İctimai Birliyinin silsilə xarakter daşıyan layihələri Azərbaycanın informasiya müharibəsi apardığı bir dövrdə çox önəmlidir. Mərkəzin hazırladığı layihələr Prezident İlham Əliyevin yürütdüyü siyasətə bir töhfədir. Bu layihələr milli yaddaşın formalaşmasına öz müsbət təsirini göstərir. Çünki işğal olunmuş torpaqlarımızı görməyən, o torpaqlarda doğulmayan gənclərimizə Qarabağ və işğal olunmuş rayonlarımız haqqında informasiyaların çatdırılması vacibdir.

Akademik Yaqub Mahmudov qeyd edib ki, bu cür layihələrin həyata keçirilməsi Azərbaycanın tarixi taleyi üçün böyük əhəmiyyət kəsb edir. O bildirib ki, belə layihələr dövlətimizin informasiya müharibəsində önə çıxmasına kömək edir.

Milli Məclisin aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova təqdim olunan layihələrin Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində uğurlu addım olduğunu vurğulayıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM