25 Dekabr 2019 16:58
737
DÜNYA
A- A+

İraq parlamenti yeni seçki qanunu qəbul etdi



İraq parlamenti seçkilər haqqında yeni qanun qəbul etmişdir. Bu barədə "əl-Hədəs” telekanalı xəbər verir.

Yeni qanunun qəbulu etirazçıların əsas tələbi idi. Onlar parlamenti buraxmağı və növbədənkənar seçkilərin keçirilməsini israr edirdilər. Amma qanunvericilər yeni qanun qəbul olunanadək parlamenti buraxmaqdan boyun qaçırırdılar. Uzun-uzadı müzakirələrdən sonra deputatlar sənədin bütün maddələrini bəyənmişlər.

Qanunun qəbul edilməsi yolunda əsas maneə namizədlərin irəli sürülməsi prinsipi idi. Nəhayət, deputatlar namizədlərin təkcə partiya siyahıları ilə yox, həm də fərdi qaydada irəli sürülməsini təmin edən müddəanı qəbul etdilər. Əvvəlki qanunda deputatların yalnız proporsional qaydada seçilməsi təsbit olunmuşdu.

Bundan başqa, yeni qanunda belə bir müddəa yer almışdır ki, hər bir seçilmiş deputat ayrıca götürülmüş seçki dairəsinin maraqlarını təmsil edə bilər, halbuki qanunun köhnə redaksiyasında parlamentarlar qrupunun bütün vilayəti təmsil etməsinin vacibliyi əksini tapmışdı. Yeni qanunda həmçinin seçki komissiyalarının nümayəndələrinin müəyyənləşdirilməsi prinsipləri təsbit olunmuşdur.



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video