25 Dekabr 2019 16:57
1090
DÜNYA
A- A+

Gürcüstanın mərkəzi hissəsində güclü meşə yanğını başladı


Srağagün gecə Gürcüstanın mərkəzi hissəsində, Aten dərəsində yerləşən meşə massivində güclü yanğın başlamışdır. Bu barədə Daxili İşlər Nazirliyinin fövqəladə halların idarə edilməsi xidməti məlumat vermişdir.

Məlumatda deyilir ki, meşədə açıq alov və sıx tüstü müşahidə olunur. Mürəkkəb relyef üzündən yanğınsöndürmə-xilasetmə texnikası yanğın ocaqlarına yaxınlaşa bilmir. Artıq 40 yanğınsöndürən-xilasedici səfərbər edilmişdir. Onlar alovun yayılması arealının monitorinqini həyata keçirirlər.

Son günlər Gürcüstanın müxtəlif bölgələrində 10 meşə yanğını qeydə alınmışdır. İndiyədək onların 4-ü söndürülmüş, biri lokallaşdırılmışdır. Qalan yanğınları söndürmək üçün əməliyyat davam edir. Xidmətin məlumatına görə, yanğınların əmələ gəlməsinə və alovun sürətlə yayılmasına səbəb isti yaydan sonra payızda və cari ayda quru hava olmuşdur.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video