Alternative content

20:31 23 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Təzə məktəb, təzə yol
Təzə məktəb, təzə yol
ANA SƏHİFƏ / Təhsil
02:26 25.12.2019


Qışın ilk günlərindən biri. Sazaqlı külək qarı sovurub dərələrə tökür. Yol dağlara qalxır. Cəmi dörd aydır istifadəyə verilib. Sal qayalar çapılıb, körpülər salınıb. Dəniz səviyyəsindən 2 min 400 metr hündürlükdə yerləşən Orand kəndinə 15 kilometr asfalt yol çəkilib.

Qonşu Lüləkəran, Şinəband, Nuravud, Zərdəbərə, Sorsçay kəndləri də bu yolun üstündədir, əhalinin gediş-gəlişi, yüklərin daşınması asanlaşıb. Buranın ağsaqqalları təzə yolu "İlham Əliyev yolu” adlandırırlar.

Möhtərəm Prezident keçən ilin oktyabr ayında Lerikə növbəti səfərində Orand camaatının daha bir arzusunu gerçəkləşdirib - kənddə 180 şagird yeri olan orta məktəbin tikintisi barədə sərəncam imzalayıb. Bir ildə dağ yolları ilə inşaat materialları daşınıb, tikinti başa çatdırılıb. Fənn kabinetləri, laboratoriyalar müasir tədris avadanlıqları ilə təchiz olunub.

Yeni il ərəfəsində məktəb öz qapılarını müəllim və şagirdlərin üzünə açdı. Bu münasibətlə ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirildi. Lerik Rayon İcra Hakimiyyəti başçısının Humanitar məsələlər üzrə müavini Arzu Vəliməmmədova pedaqoji kollektivi, şagirdləri təbrik etdi. O dedi ki, bu məktəb son illərdə rayonda tikilən 74-cü təhsil ocağıdır. Daha 10 kənddə məktəb tikintisi davam etdirilir.

Şahin Əzimov həmkəndliləri adından həm asfalt yolun çəkilməsinə, həm də məktəb tikintisinin qısa müddətdə başa çatdırılmasına göstərdiyi qayğı və diqqətə görə ölkə rəhbərinə dərin minnətdarlığını bildirdi.

Azərbaycan Respublikası Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva təbriklərə qoşuldu, pedaqoji kollektiv qarşısında duran vəzifələrdən söhbət açdı.

Zəng çalındı, şagirdlər geniş və işıqlı sinif otaqlarına keçdilər. Təzə məktəbdə dərs başlandı.

Həmzə VƏLİMƏMMƏDOV,

Əməkdar jurnalist



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM