24 Dekabr 2019 23:23
614
Məktublar
A- A+

“LUKoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərovdan


Azərbaycan Respublikasının PrezidentiZati-aliləricənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən xoş və səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Azərbaycan Respublikasının tanınmış lideri və vətənpərvəri olaraq Siz həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda böyük nüfuz və hörmət qazanmısınız. Siz uzun illərdir ki, Xəzər regionunda sabitliyin etibarlı qarantlarından biri kimi çıxış etməklə bütün enerjinizi, müdrikliyinizi və təcrübənizi ölkənin firavanlığının, onun vətəndaşlarının rahatlığının və əmin-amanlığının təmin edilməsinə yönəldirsiniz.

Fürsətdən istifadə edib "LUKoyl” şirkətinin Azərbaycandakı fəaliyyətini daim dəstəklədiyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Sizi əmin etmək istərdim ki, "LUKoyl” şirkətinin azərbaycanlı tərəfdaşlarla əməkdaşlığının uğurla davam etməsi və ölkələrimizin mənafeyi naminə genişlənməsi üçün hər cür səy göstərəcəyik.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, uzun ömür, əmin-amanlıq, tükənməz enerji və məsul dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Hörmətlə,

Vahid Ələkbərov

"LUKoyl” neft şirkətinin prezidenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video