Alternative content

21:29 23 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının təqdimatı olub
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının təqdimatı olub
ANA SƏHİFƏ / Elm və texnika
16:58 24.12.2019

Dekabrın 24-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Dillər Universitetinin (ADU) birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri ADU-nun rektoru, akademik Kamal Abdulla giriş sözü ilə açaraq Azərbaycan Respublikasının multikulturalizm siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, müasir dövrdə isə bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildirib. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan multikulturalizm siyasəti ölkə daxilində inteqrasiya proseslərini möhkəmlədir. Beynəlxalq müstəvidə isə bu siyasət mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına güclü təsir göstərir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili”, 2017-ci ilin isə "İslam Həmrəyliyi ili” elan edilməsi multikulturalizm siyasətinə dövlətin önəm verməsinin bariz nümunəsidir.

Kamal Abdulla qeyd edib ki, italyan, ispan və fransız dillərində nəşr olunan kitabda Prezident İlham Əliyevin 2003-cü ildən bəri müsahibə və çıxışlarında multikulturalizmin Azərbaycan modeli haqqında dəyərli fikirləri toplanıb. Kitabda dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanın multikulturalizm, o cümlədən mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı istiqamətində həyata keçirdiyi layihələrdən, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda bu sahədə əldə edilən nailiyyətlərdən bəhs olunur. Kitab ilk dəfə 2017-ci ildə Azərbaycan, rus və ingilis dilində çap edilib.

BBMM-in İcraçı direktoru Rəvan Həsənov çıxışında vurğulayıb ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təməli beş il əvvəl Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Mərkəz multikulturalizm siyasətinin daha möhkəm təməl üzərində qurulması və inkişafı məqsədilə dövlət başçısının verdiyi dəyərli tövsiyələr əsasında ötən müddət ərzində ölkəmizdə xalqlar və fərqli konfessiyalar arasında tarixi birgəyaşayış həyat tərzinin möhkəmləndirilməsi, inkişafı və təbliği istiqamətində fəaliyyətini gücləndirib, yeni yaradıcılıq platformasını formalaşdıra bilib.

Rəvan Həsənov qeyd edib ki, kitabın nəşrinin əsas məqsədi Azərbaycan mutukulturalizm modelini dunyanın aparıcı dillərində xarici ölkələrdə təbliğ etmək və bu modelin siyasi əsaslarını göstərməkdir. Bu kitab həm mərkəzin, həm də ölkəmizdə olan müxtəlif qurumların Azərbaycan multikulturalizmi və tolerantlıgı, mədəni və dini müxtəlifliyi haqqında bir yol xəritəsidir. Kitab ölkəmizdə olan xarici diplomatik nümayəndəliklərə, eləcə də xarici ölkələrdə olan ali təhsil ocaqlarına və siyasi dairələrə mərkəz tərəfindən çatdırılıb və ilkin rəylər yüksək səviyyədədi.r

Sonra İtaliyanın ölkəmizdəki səfirinin müavini Umberto Boeri, Dini Qurumlara İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov və digərləri çıxış edərək bildiirblər ki, Azərbaycan Respublikasının multikulturalizm siyasəti sahəsində əldə etdiyi uğurlar dünya ölkələri tərəfindən etiraf olunur. Bütün dünyada Azərbaycanın multikulturalizm və tolerantlıq sahəsindəki təcrübəsinə artan maraq dövlətimizin multikulturalizm mərkəzlərindən biri kimi yüksək imicin qazanmasına səbəb olub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM