Alternative content

01:10 28 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mərkəzi Elmi Kitabxana fəaliyyətinə dair illik hesabat verib
Mərkəzi Elmi Kitabxana fəaliyyətinə dair illik hesabat verib
ANA SƏHİFƏ / Elm və texnika
16:24 24.12.2019

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunan hesabat iclası keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, iclasda MEK-in direktoru Leyla İmanova müəssisənin illik hesabatını təqdim edib. Qeyd edib ki, cari ildə kitabxanada Prezident İlham Əliyevin sərəncamlarının icrası çərçivəsində "Nəsimi – 650”, "Həmid Araslı – 110”, "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin tədbirlər planında müasir elektron dərsliklər” layihələri həyata keçirilib, eləcə də AMEA prezidentinin sərəncamları və Rəyasət Heyətinin qərarları tam icra olunub.

Diqqətə çatdırılıb ki, 2019-cu ildə MEK-in Milli Rəqəmsal Yaddaş bazasının "Siyahılar” kateqoriyasına 2016, 2017 və 2018-ci illər üçün Azərbaycan və rus dillərində "Əqli mülkiyyət – rəsmi qeydə alınmış ixtiralar və faydalı model patentləri” siyahıları, "Məzarı tapılmayan azadlıq və repressiya qurbanları”, "Cümhuriyyət dövründə xaricdə təhsil almış azərbaycanlı tələbələr”, "Xaricdə təhsil almış tələbələr”, "Abidələr”, "Məzarları tapılmış Cümhuriyyət qurbanları” və s. sənədlər daxil edilib.

L.İmanova əlavə edib ki, kitabxananın bazasında Qafqaz Tarixi Mərkəzi, UNESKO kafedrası, "Günəşin axtarışında” işçi qrupu, "Vətəndaş təşəbbüsü" qrupu və "Umay” Beynəlxalq Araşdırmalar Mərkəzi ilə birlikdə indiyə qədər qeydiyyata alınmamış, Azərbaycanın bölgələrində işğal altında olmuş ərazilərdə dağıdılmış mədəniyyət abidələri və unikal biritual məzarlıqların siyahıları xüsusi yer tutur.

MEK-də "Vikipediya” ilə bağlı görülən işlərdən bəhs edən direktor erməni dilində təlimlərin keçirildiyini, kitabxananın fondlarında bu dildə olan 900 sənədin araşdırıldığını və e-kataloqa daxil edildiyini, eləcə də "Library” proqramı üçün "Fondların formalaşdırılması” modulunun hazırlandığını və "Elektron dərsliklər” bazasının yaradıldığını qeyd edib.

"Cari ildə MEK tərəfindən yaradılmış yeni elektron resurslara xüsusi yer ayrılıb" - deyən L.İmanova bildirib ki, təhsil sistemində riyaziyyat, informasiya texnologiyaları, fizika, coğrafiya, kimya, biologiya fənləri üzrə elektron dərsliklər bazası yaradılıb, Milli Rəqəmsal Yaddaş bazasının "Siyahılar” kateqoriyasına milli yaddaşa daxil olunması zəruri olan yeni məlumatlar, o cümlədən Azərbaycanın elm və mədəniyyət xadimlərinin əsərlərinin elektron kolleksiyaları daxil edilib.

Hesabatda MEK-in beynəlxalq qurumlarla əlaqələri, strateji hədəflər üzrə fəaliyyət, il ərzində keçirilən təlimlər, ali məktəblərlə informasiya resurslarının formalaşdırılmasına dair əməkdaşlıq, kitabxana-xidmət üzrə əsas göstəricilərin artım dinamikası və s. barədə də məlumat verilib.

Daha sonra məruzə ətrafında müzakirələr aparılıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli MEK-in 2019-cu ildəki fəaliyyətini yüksək qiymətləndirilib. Hesabatın AMEA-nın Rəyasət Heyətinə təqdim olunması tövsiyə edilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM