23 Dekabr 2019 23:22
547
SİYASƏT
A- A+

YAP: Bələdiyyə seçkiləri ölkəmizdə seçki demokratiyasının daha da inkişafına öz töhfəsini verəcək


Yeni Azərbaycan Partiyası (YAP) bələdiyyə seçkiləri ilə bağlı açıqlama yayıb. Bu barədə AZƏRTAC-a YAP-ın mətbuat xidmətindən məlumat verilib.

Açıqlamada deyilir ki, Azərbaycan Respublikasında dekabrın 23-də yerli və xarici müşahidəçilərin iştirakı və seçicilərin fəallığı şəraitində yerli özünüidarəetmə orqanlarına – bələdiyyələrə növbəti azad, demokratik və şəffaf seçkilər keçirilib.

Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərinə "Xalq üçün” şüarı ilə qatılaraq seçki kampaniyasının bütün mərhələlərində uğurla iştirak edib. Hər bir rayon və şəhər təşkilatının nəzdində seçki qərargahları yaradılıb, seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyasında qeydə alınmış Yeni Azərbaycan Partiyasının bu qurumda və hər bir seçki dairəsində səlahiyyətli nümayəndəsi, habelə respublika üzrə Mərkəzi Seçki Komissiyası, seçki dairələri və seçki məntəqələri üzrə beş mindən yuxarı müşahidəçiləri təyin edilib.

Yeni Azərbaycan Partiyası tərəfindən qəbul edilmiş qərara əsasən Azərbaycanda mövcud 1606 bələdiyyənin hər birini əhatə etməklə, ümumilikdə 14 min nəfərdən çox bələdiyyə üzvlüyünə namizəd irəli sürülüb. Yeni Azərbaycan Partiyasının müəyyən etdiyi namizədlər arasında gənclər və qadınlar əhəmiyyətli yer tutur.

YAP bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində "Xalq üçün” şüarı ilə ölkənin bütün regionlarında, hər bir bələdiyyə ərazisində seçicilərlə çoxsaylı görüşlər keçirib. Bu görüşlər bir daha təsdiq edib ki, Azərbaycan vətəndaşları Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədləri dəstəkləyir.

Bələdiyyə seçkilərindən əvvəl və onun gedişində radikal müxalifət öz ənənəsinə sadiq qalaraq bu seçkiləri gözdən salmaq, yerli idarəetmənin strukturundakı rolunu şübhə altına almaq istiqamətində uğursuz təbliğat aparmağa cəhdlər göstərdi. Lakin əhalinin seçkilərə göstərdiyi maraq və böyük ictimai fəallıq onların bir daha cəmiyyətlə ayaqlaşa bilmədiklərini və xalqın arasında nüfuzunu tam olaraq itirdiyini bir daha sübut etdi.

Bu gün keçirilən səsvermə nəticəsində bələdiyyələrin yeni tərkibi formalaşacaq, minlərlə vətəndaş ölkənin yerli özünüidarəetmə orqanlarında təmsil olunaraq regionların idarə olunmasında, sosial və iqtisadi problemlərinin həllində, bütövlükdə dayanıqlı inkişafın təmin edilməsi prosesində yaxından iştirak etmək imkanları qazanacaq.

Açıqlamada deyilir: "Partiyamızın çoxsaylı müşahidəçilərinin verdikləri ilkin məlumatlara əsasən YAP-ın bu seçkilərdə də seçicilərin tam dəstəyini əldə etdiyini ifadə edə bilərik. Bu inam Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlardan, ardıcıl həyata keçirilən mütərəqqi sosial layihələrdən, ölkəmizin regionda və dünyada artan nüfuzundan irəli gəlir. Hesab edirik ki, dekabr ayının 23-də baş tutmuş növbəti bələdiyyə seçkiləri ölkəmizdə seçki demokratiyasının daha da inkişafına öz töhfəsini verəcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video