23 Dekabr 2019 21:36
600
SİYASƏT
A- A+

Şəki-Zaqatala bölgəsində bələdiyyə seçkiləri uğurla başa çatıb


Respublikamızın şimal-qərb bölgəsinə daxil olan Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında bələdiyyə seçkiləri demokratik və seçicilərin fəallığı şəraitində başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu rayonlarda fəaliyyət göstərən 9 seçki dairəsi üzrə təşkil edilmiş 418 seçki məntəqəsində səsvermənin gedişini müxtəlif siyasi partiyaları, ictimai birlikləri təmsil edən 4400-dən çox yerli müşahidəçi izləyib.

Seçkilərin nəticəsi olaraq, bu rayonlar üzrə 145 bələdiyyəyə 1391 nəfər üzv seçiləcək. Mübarizə aparan namizədlərin ümumi sayı isə 4715 nəfər olub. Bələdiyyə üzvlüyünə namizədlərin 1502 nəfəri siyasi partiyaları təmsil ediblər, 3213 nəfərin namizədliyi isə öz təşəbbüsləri ilə irəli sürülüb.

Dairə seçki komissiyalarından verilən məlumatlara görə, səsvermə prosesində heç bir qanun pozuntusu qeydə alınmayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video