23 Dekabr 2019 17:40
406
SİYASƏT
A- A+

Kürdəmir: seçicilərin 236 nəfəri ilk dəfə səs verir, 3 nəfərin isə yaşı 100-dən çoxdur


Dekabrın 23-də 57 saylı Kürdəmir seçki dairəsi dairə seçki komissiyasının əhatə etdiyi məntəqələrdə səhər saat 8-dən başlanan səsvermə kampaniyası davam edir.

Dairə seçki komissiyasının sədri Əbülfət Mikayılov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bələdiyyələrə seçkilərdə 42 məntəqə üzrə 43100 seçici istədiyi namizədə səs verəcək. Seçicilərin 236 nəfəri ilk dəfə səs verən, 3 nəfər isə 100 yaşdan yuxarı olanlardır.

Səsvermənin şəffaf keçirilməsi, hər kəsin öz seçimini sərbəst şəkildə etməsi üçün Seçki Məcəlləsinə uyğun olaraq bütün şərait yaradılıb. Səsverməni 445 nəfər yerli müşahidəçi izləyir. Onlardan 153 nəfəri ayrı-ayrı siyasi partiyalardan olan müşahidəçilərdir.

Seçicilər qeydə alınan 478 namizəd arasından seçim edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video