23 Dekabr 2019 12:06
548
Məktublar
A- A+

VTB Bankı Publik Səhmdar Cəmiyyətinin prezidenti, idarə heyətinin sədri Andrey Kostindən


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə VTB Bankının idarə heyətinin kollektivi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Sizin Azərbaycan Respublikasının Prezidenti vəzifəsində fəaliyyətiniz iqtisadiyyatda, sosial sahədə və xarici siyasətdə dövlətçiliyi və ölkənizin beynəlxalq nüfuzunu ardıcıl olaraq möhkəmləndirən, onun tərəqqisinə və vətəndaşların firavanlığına şərait yaradan mühüm nailiyyətlərlə əlamətdardır.

Rusiyada Azərbaycan Respublikası ilə dostluq və mehriban qonşuluq münasibətlərini yüksək qiymətləndirirlər. Rusiya və Azərbaycan müəssisələri və işgüzar dairələri arasında əməkdaşlığın genişləndirilməsi, onun qüdrətli potensialının reallaşdırılması üzrə kompleks tədbirləri Sizin şəxsən dəstəkləməyiniz böyük əhəmiyyət kəsb edir.

Rusiyanın sistemyaradıcı bankı olan VTB-nin kapitalında Azərbaycan Dövlət Neft Fondunun iştirakını yüksək qiymətləndiririk. Bu, Rusiya-Azərbaycan ikitərəfli əlaqələrinin strateji xarakterinin və qarşılıqlı etimadın əyani təsdiqidir.

Hörmətli İlham Heydər oğlu, Azərbaycan xalqının rifahı naminə dövləti fəaliyyətinizdə Sizə uğurlar, möhkəm cansağlığı və yaxınlarınıza firavanlıq diləklərimizi qəbul edin.

Hörmətlə,


Andrey Kostin,
VTB Bankı Publik Səhmdar Cəmiyyətinin prezidenti,
idarə heyətinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video