23 Dekabr 2019 11:15
691
Məktublar
A- A+

Livan Respublikasının sabiq Prezidenti Amin Cemayeldən


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

İcazə verin, doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırım və qarşıdan gələn ilin uğurlu olmasını diləyim. Ümidvaram ki, Yeni il Sizə, ailənizə və ölkənizə sülh və tərəqqi gətirəcək.

Mən, həmçinin bu xoş fürsətdən istifadə edib Azərbaycan ilə sıx əlaqələrimin olduğunu bildirmək istəyirəm. Bu əlaqələr Sizin ölkənizə çoxsaylı rəsmi və işgüzar səfərlər, eləcə də təməlini qoyduğum və rəhbəri olduğum, dünyada demokratiya və azadlığı təşviq edən "Masion du Futur” beyin mərkəzi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasındakı tərəfdaşlıq münasibətləri sayəsində daha da möhkəmlənib.

Biz Sizin ölkənizin tolerantlıq, mədəni mübadilə və təhsil vasitəsilə sülhün, tərəqqinin, ədalətin təşviqi istiqamətindəki dəyər və prinsiplərini dəstəkləyirik.

Mən bu dəyərləri və prinsipləri qətiyyət və əzmkarlıqla təbliğ etməkdə qərarlıyam. Ümidvaram ki, ortaq məqsədlərimizə xidmət naminə birgə fəaliyyətimizi və bütün səviyyələrdə əməkdaşlığımızı davam etdirəcəyik. Tanrı Sizi qorusun.

Dərin hörmətlə,


Amin Cemayel
Livan Respublikasının sabiq Prezidenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video