22 Dekabr 2019 01:01
1678
Elm və texnika
A- A+

Ən böyük beyinə malik böcək


Qarışqalar 100 milyon ildən artıqdır Yer üzərindədirlər və hər tərəfə yayılıblar. On minə qədər növü yaşayır. Qafqazda 160-dan çox, Azərbaycanda 90-a qədər növü məlumdur.

Qarışqalar yaşıl, sarı, qəhvəyi, qırmızı, mavi, hətta moruğu rəngdə olur. Bir qarışqa özündən 20 dəfə ağır olan yük qaldıra bilər. Yetkin qarışqa qatı yeməyi uda bilmir, onun şirəsini sormaqla qidalanır. Qarışqalarda iki mədə olur. Bir mədəsində yeməyi özü üçün saxlayar, o birində isə digər qarışqalarla paylaşacağı yeməkləri toplayır.

Qarışqaların ağciyəri yoxdur. Hava bədənlərindəki dəliklərdən daxil olur və elə oradan da xaric edilir.

Qarışqalar böcək növləri içində ən böyük beyinə malikdir. Qarışqaların sürətli qaçmasını təmin edəcək uzun qıçları var. Antenalarından isə təkcə toxunmaq üçün deyil, həm də iyləmək üçün istifadə edir.

Qarışqaların boyları 2-7 mm arası dəyişir, ancaq dülgər qarışqalar olaraq bilinən növün boyu 4-5 sm-ə qədər olur. Bir qarışqanın ömrü ortalama 45-60 gündür. Amma qanadları olan kraliça qarışqalar 15 ilə qədər yaşaya bilər və bir dəfə cütləşirlər. Hər qarışqa koloniyasında ən azı bir dənə kraliça var. Kraliça qarışqalar doğuşdan qanadlara malikdir. Başqa koloniyalar qurmaq üçün yuvadan ayrıldıqları zaman qanadları düşür.

Koloniyaların iş bölümü var. İşçi qarışqalar yuvanın içindəki zibili çölə daşımağa və xüsusi zibilliyə götürməyə məsuldur. İşçi qarışqa çöldə bir yemək qaynağı tapdığında, koloniyadakı digər qarışqaları yanına çəkmək üçün xüsusi bir qoxu buraxır. Qarışqalara qidaları tapıldıqdan sonra yuvaya geri qayıtdıqları zaman keçdikləri yolun üstünə vücud sonundakı ifraz şirələri vasitəsilə kimyəvi işarələr qoymaq xasdır. Bu işarələr yuvadakı digər işçilərin də eyni yolu təqib edərək qida qaynağını tapmaqda yardımçı olurlar. Bir neçə dəqiqədən sonra təsiri gedən bu iz qoxularının davamlı olaraq yenilənməsi lazımdır. Bu qoxulardan qarışqalar təhlükə zamanı da istifadə edirlər. Hər qarışqa yuvasının öz xüsusi qoxusu var.

Onların ən böyük düşməni insanlardır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video