Alternative content

00:24 27 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanda UNESKO klublarının təqdimatı olub
Azərbaycanda UNESKO klublarının təqdimatı olub
ANA SƏHİFƏ / Mədəniyyət
16:50 21.12.2019

Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti yanında UNESKO üzrə Milli Komissiyanın dəstəyi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə Akademiyada Azərbaycanda ilk UNESKO klublarının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Akademiyanın rektoru akademik Urxan Ələkbərov, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini Vasif Eyvazzadə, Azərbaycan UNESKO klublarının koordinatoru Cahangir Hacıyev, eyni zamanda, müxtəlif təhsil ocaqlarının müəllim və tələbələri iştirak ediblər.

Qeyd olunmalıdır ki, cari ildə ölkəmizin bir sıra təhsil müəssisələrində - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Avropa Liseyində və 20 saylı ümumtəhsil məktəbində UNESKO klubları yaradılıb.

Rektor U.Ələkbərov Azərbaycan-UNESKO münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın misilsiz xidmətlərini vurğulayıb. O, klubların Azərbaycanın UNESKO ilə əməkdaşlığına əlavə töhfə verəcəyinə əminliyini bildirib.

Tədbirdə Milli Komissiyanın baş katibi E.Sultanov çıxış edərək UNESKO klublarının yaradılmasının Milli Komissiyanın 25 illiyinə təsadüf etdiyini diqqətə çatdırıb. E.Sultanov Milli Komissiyanın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə müvafiq Sərəncamı ilə yaradıldığını qeyd edərək, Komissiyanın fəaliyyəti barədə danışıb. O, Azərbaycan və UNESKO arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. E.Sultanov ölkəmizdə UNESKO klublarının yaradılmasının Azərbaycan-UNESKO əlaqələrində yeni səhifə olduğunu qeyd edib.

Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev UNESKO-nun gənclər mövzusuna önəm verdiyini vurğulayıb, ölkəmizdə həyata keçirilən gənclər və idman siyasətindən bəhs edib, Azərbaycan-UNESKO klublarının fəaliyyətinə uğurlar arzulayıb.

Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini Vasif Eyvazzadə mədəniyyət sahəsində, xüsusən də maddi və qeyri-maddi irsin qorunması sahəsində Azərbaycan–UNESKO əməkdaşlığından bəhs edib və klubların yaradılmasının əhəmiyyətini vurğulayıb.

Azərbaycan-UNESKO klublarının koordinatoru Cahangir Hacıyev təqdimatla çıxış edərək, klubların yaranması haqqında tədbir iştirakçılarına məlumat verib və onların fəaliyyət istiqamətləri barədə danışıb.

Sonra tədbir iştirakçıları mövzu ilə bağlı fikir mübadiləsi aparıblar.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM