21 Dekabr 2019 12:41
590
DÜNYA
A- A+

Honduras həbsxanasında qiyam: 13 nəfər həlak oldu


Hondurasın Atlantik okeanının sahilində yerləşən Tela şəhərinin həbsxanasında qiyam baş vermişdir. Məlumata görə, atışma nəticəsində azı 13 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır. Bu barədə yerli polisə istinadən "Prensa” qəzeti xəbər verir.

Həbsxana daxilində atışma barədə məlumatı asayiş keşikçilərinə məhbusların qohumları vermişlər. Hakimiyyət orqanları və güc strukturları hadisə ilə əlaqədar hələ ki rəsmi bəyanat verməmişdir. Həbsxananın rəhbərliyi islah müəssisəsini nəzarətə götürmək üçün qonşu regionlardan əlavə qüvvə gözləyir.

Ötən həftə ölkə rəhbərliyi Milli Penitensiar İnstitutun səlahiyyətlərini dayandırmışdır. Penitensiar sistemi və həddi-büluğa çatmamış qanun pozucularının saxlanması mərkəzlərini idarə etmək səlahiyyəti Honduras Silahlı Qüvvələrinə və polisə verilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video