20 Dekabr 2019 23:52
549
DÜNYA
A- A+

Türkiyədə 69 otaqlı terrorçu sığınacağı aşkarlanıb

Türkiyə təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi "Kıran-8 sehi ormanları” adlı antiterror əməliyyatı nəticəsində PKK-ya sarsıdıcı zərbə vurulub.

AZƏRTAC xəbər verir ki, iki gün əvvəl ölkənin Bitlis vilayətində başlanan əməliyyat nəticəsində dağlıq bölgədə 69 otaqlı 24 giriş və çıxışı olan terror sığınacağı aşkar olunub. 275 metr uzunluqda qayalıq sahəni əhatə edən sığınacaqda PKK-ya məxsus cəbhəxana aşkarlanıb.

Ölkə daxilində və xaricində aparılan digər antiterror əməliyyatları ilə bağlı ən son məlumatlar belədir: Siirt şəhərində 3 PKK terrorçusu təhlükəsizlik qüvvələrinə təslim olub. Daxili İşlər Nazirliyi isə iki gün əvvəl 2 kosovalı terrorçunu öz vətənlərinə göndərib. Bundan başqa, Türkiyənin Silahlı Qüvvələri İraqın şimalında və dövlət sərhədi boyunca Suriya ərazisində əməliyyatları davam etdirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video